Yerli brendlər üzrə İxrac satış mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 13 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Xarici bazarlar üzrə araşdırmaların aparılması və yeni müştərilərin cəlb olunması
Müştərilərlə danışıqların aparılması və uzunmüddətli əməkdaşlıqların qurulması
Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
Sifarişlərin qəbulundan çatdırılmaya qədər bütün mərhələlərin koordinasiyası
Stok, istehsal və logistika proseslərinin izlənməsi və nəzarətdə saxlanılması
Ödənişlərin (prepayment, SWIFT) izlənməsi və risklərin idarə olunması
Məhsulların markalanması, qablaşdırılması və keyfiyyətinə nəzarət
İxrac sənədlərinin hazırlanması və logistika prosesinin təşkili
Marketing və Private Label layihələrinin icrasında iştirak
Satış və stok üzrə mütəmadi hesabatların hazırlanması və təhlili
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Bazar araşdırması, rəqib təhlili və qiymətqoyma sahəsində təcrübə
Müştərilər və distribyutorlarla effektiv ünsiyyət və güclü danışıqlar aparmaq bacarığı
Mənfəət və zərər hesabatlarını, eləcə də satış göstəricilərini hazırlamaq və təhlil etmək bacarığı
Excel, PowerPoint və digər hesabat alətləri ilə işləmə bacarığı
İngilis və rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı
Proaktiv yanaşma, nəticəyönümlülük və detallara diqqət
Səyahət etməyə və beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlığa hazır olmaq
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat, Beynəlxalq münasibətlər və ya digər əlaqəli sahələr üzrə)
Minimum 2–3 il Beynəlxalq satış, ixrac, ticarət marketinqi və ya bazarın inkişafı sahəsində iş təcrübəsi
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:00-17:00;
İş yeri: Aşıq Molla Cümə 46c
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Yerli brendlər üzrə İxrac satış mütəxəssisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Avrora
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13552
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə