Ana Səhifə
Vakansiyalar

Daxili nəzarət üzrə mütəxəssis

Daxili nəzarət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Daxili nəzarət və inventarizasiya üzrə dövrü və illik hesabatların hazırlanması və təhlili;

  • Struktur bölmələrdən daxil olan məlumatların qiymətləndirilməsi, araşdırılması və icmal hesabatların hazırlanması;

  • Epizodik yoxlamalar, araşdırmalar və qəfil monitorinqlərin təşkili;

  • Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;

  • Şirkət balansında olan əmlakların inventarizasiyası və müvafiq yoxlamaların aparılması;

  • Neqativ halların və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması;

  • Şirkət daxilində müxtəlif struktur bölmələrlə koordinasiyalı işin təşkili.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Analitik düşünmə və problem həll etmə bacarığı

  • Güclü hesabatlılıq və sənədləşmə bacarığı

  • MS Office proqramları ilə işləmə bacarığı

  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı

  • Effektiv ünsiyyət və təqdimat bacarıqları, komandada işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə)

  • Minimum 2–3 il daxili audit, nəzarət və ya inventarizasiya sahəsində iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 08:00-17:00;

  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Nahar;

  • Şirkət hesabına korporativ nömrə;

  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13551

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya