Arxiv üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

ƏMƏK FUNKSİYASI:

  • Mövcud qaydalara uyğun olaraq arxiv işini təşkil etmək;

  • Sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini həyata keçirmək, mühafizəsini  təşkil etmək;

  • Şöbələr tərəfindən istifadə edilməyən sənədlərin arxivə təhvil verilməsini təşkil etmək, arxivə verilmiş işlərin nomenklatur-siyahısını hazırlamaq;

  • Arxiv sənədlərini şifrələndirmək, sistemləşdirmək və yerləşdirmək, onların reyestrını və hesabatını tərtib etmək;

  • Vaxtı keçmiş sənədlərin  silinməsi və məhv edilməsini təşkil etmək və onları aktlaşdırmaq;

  • Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etməkArxiv sənədlərini və onların surətlərini vermək, arxiv sənədlərində olan məlumatlar əsasında arayışlar, sorğulara cavablar tərtib etmək və onların hesabatını aparmaq;

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;

  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

BİLMƏLİDİR:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyi, kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktları;

  • Kargüzarlığın aparılmasının, arxiv işinin təşkilinin əsaslarını;

VƏZİFƏ TƏLƏBLƏRİ:

  • Təhsil pilləsi (minimum): Bakalavr

  • İxtisası: Fərq qoyulmur

  • İş təcrübəsi (minimum): Kargüzarlıq sahəsində 3 (üç) ildən az olmayaraq  əmək stajı

  • Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)

  • Kompüter bilikləri: MS ofis proqramları

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Azərbaycan Universiteti

Azərbaycan Universiteti

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10187

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Karyera üzrə mütəxəssis

Tam Ştat

TƏŞKİLATİ MƏLUMATLAR: Struktur bölməsi: Karyera inkişafı departamenti Bilavasitə tabe olduğu şəxs: Karyera inkişafı departamentinin direktoru ƏMƏK FUNKSİYASI: Universitetdə Məzun Platformasını yaratmaq; Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək; Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq; Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin  HR menecerləri ilə  görüş təşkil etmək və  onlarla əməkdaşlıq etmək; Universitetdə karyera günlərini təşkil etmək; Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək; Məzun günlərinin  təşkilinə və keçirilməsinə köməklik göstərmək; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək; Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. BİLMƏLİDİR: Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını; MƏSULİYYƏTİ: Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə  yetirilməməsinə görə məsuliyyət daşıyır; Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə məsuliyyət daşıyır; HÜQUQLARI: Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək; Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq; Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək; Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq; İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq. VƏZİFƏ TƏLƏBLƏRİ: Təhsil pilləsi (minimum): Bakalavr İxtisası: Fərq qoyulmur İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq  əmək stajı Dil bilikləri: Azərbaycan;  rus və  ingilis dili (arzuolunandır) Kompüter bilikləri: MS ofis proqramları Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.