Şirkətlərə Qayıt
Azərbaycan Universiteti

Azərbaycan Universiteti

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Azərbaycan Universiteti

Karyera üzrə mütəxəssis

Azərbaycan Universiteti

Tam Ştat
Orta Səviyyə

Təşkilatı məlumatlarStruktur bölməsi: Karyera inkişafı departamenti Bilavasitə tabe olduğu şəxs: Karyera inkişafı departamentinin direktoru Əmək funksiyası Universitetdə Məzun Platformasını yaratmaq; Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək; Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq; Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin  HR menecerləri ilə  görüş təşkil etmək və  onlarla əməkdaşlıq etmək; Universitetdə karyera günlərini təşkil etmək; Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək; Məzun günlərinin  təşkilinə və keçirilməsinə köməklik göstərmək; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək; Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Bilməlidir Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını; Məsuliyyəti Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə  yetirilməməsinə görə məsuliyyət daşıyır; Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən  məlumatların qorunmamasına görə məsuliyyət daşıyır; Hüquqları Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək; Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq; Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək; Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq; İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq. Vəzifə tələbləri Təhsil pilləsi (minimum): Bakalavr İxtisası: Fərq qoyulmur İş təcrübəsi (minimum): 3 (üç) ildən az olmayaraq  əmək stajı Dil bilikləri: Azərbaycan;  rus və  ingilis dili (arzuolunandır) Kompüter bilikləri: MS ofis proqramları Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 15 yanvar 2026