Aqronom (Kürdəmir )
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
**Müəssisə:**KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Namizədə aid tələblər:
Ali təhsil (Müvafiq sahə üzrə);
Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;
Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;
İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
İş haqqında məlumat:
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;
Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;
Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;
Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;
Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Kürdəmir rayonu
Qeyd: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya göstərilən link-ə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Azersun Holding
Other
Azersun Holding 1991-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə ölkə daxilində və region miqyasında ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahələrində güclü bazar liderinə çevrilmişdir. Şirkət fəaliyyətinin ilk günlərindən etibarən müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycan cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa əsaslanan korporativ sosial məsuliyyət siyasətini ardıcıl şəkildə həyata keçirmişdir. Azersun Holding ölkənin inkişafını yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırmayan, sosial və mədəni dəyərlərin qorunmasını da vacib hesab edən vizyonla fəaliyyət göstərir. Şirkət Azərbaycanın zəngin mədəni irsinin qorunması, təşviqi və gənc nəsillərə ötürülməsini öz missiyasının ayrılmaz hissəsi kimi qəbul edir və bu irsi qlobal mədəni dəyərlər sisteminin mühüm elementi hesab edərək gələcək nəsillər üçün yaşatmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7569
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+