Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
İT mütəxəssisi / məsləhətçi (support, helpdesk və s.)

Aparıcı sistem inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru

Aparıcı sistem inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

Vakansiyaya dair tələblər:

  • Cəmiyyətin server, saxlanc, virtual mühit, əməliyyat sistemlərinin və server proqram təminatlarının işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, monitoringi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və görülməsi, səmərəliliyinin arıtılmasında əsas işin icrası;

  • Cəmiyyətin elektron informasiya sistemlərinin və elektron informasiya ehtiyatlarının kənar müdaxilələrdən qorunması ilə bağlı qarşılıqlı fəaliyyətdə əsas işin icrası;

  • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqların quraşdırması, tənzimləməsi və yenilənməsi proseslərində əsas işin icrası;

  • Cəmiyyətin mövcud sistem xarakterli avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmasında əsas işin icrası;

  • Elektron məktub xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, sazlanması və dayanmalar meydana çıxdıqda aradan qaldırılmasında əsas işin icrası;

  • Rəhbərliyin tapşırığı ilə hesabatların hazırlanması;

  • Ehtiyat nüsxələrə nəzarət, zəruriyyət olduqda onların bərpası;

  • Cəmiyyətin müxtəlif İKT sistemlərdə icazələrin verilmesi, alınması, dəyişdirilməsi;

  • Cəmiyyətin müxtəlif İKT sistemlərdə istifadəçilərin yaradılması, pozulması, dəyişdirilməsi;

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiyani daim aktual saxlanılması, habelə mühüm dəyişikliklərin sənədləşdirməsi;

  • Təhlükəsizlik yenilənmələrin və antivirus program təminatının serverlərdə və istifadəçi kompüterlərdə olmasına habelə düzgün işləməsinə nəzarət etmək;

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid inkişafı istiqamətində təkliflər vermək;

  • Cəmiyyətin elektron informasiya sistemlərinin yaradılması, təkmilləşdirilməsi, daim aktual saxlanması və dəstəklənməsi üçün tədbirlər görmək;

  • Server və istifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması istiqamətində fəaliyyət göstərmək;

  • Rəqəmsal telefon sisteminin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi, istifadəçilərin mobil və beynəlxalq zənglərə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərmək;

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid layihələrində iştirak etmək;

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid lisenziyaların quraşdırılması və mövcud licenziyaların bitməsinə nəzarət, habelə onların yenilənməsi üçün öncədən sorğuların yaradılması;

  • İKTT şöbəsində çalışan əməkdaşlarına (zəruriyyət yarandığında) dəstək göstərmək.

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid texniki tapşırıqların hazırlamasında əsas işin icrası;

  • Cəmiyyətin sistem və şəbəkə inzibatçılığı sektoruna aid dokumentasiya və prosedurların yazilmasında əsas işin icrası;

Tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır;

  • Windows Server ƏS üzrə baza, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;

  • MacOs ƏS üzrə peşəkar biliklər;

  • PC, noutbukların təmiri üzrə (hardware) biliklər;

  • CCNA, İTİL, Servicedesk proqram təminatı (Manage Engine, Solarwinds, OTRS) üzrə nəzəri biliklər arzuolunandır.

  • “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər;

  • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.

  • Kompüter bilikləri:

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil ( İnformasiya texnologiyaları və aidiyyəti sahələr üzrə)

  • Müvafiq sahə üzrə 2 il;

  • Ümumi təcrubə müddəti 3 il.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14827

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Baş sistem inzibatçısı / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Sistem və şəbəkə inzibatçılığı sektoru

Tam Ştat

Vakansiyaya dair tələblər: Cəmiyyətin server, sistem, virtualizasiya, saxlama və əlaqəli İT infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi; Windows və Linux əsaslı serverlərin quraşdırılması, konfiqurasiyası, idarə olunması və texniki sazlığının təmin edilməsi; Active Directory, DNS, DHCP, Group Policy və digər korporativ xidmətlərin idarə olunması və dayanıqlılığının təmin edilməsi; Virtualizasiya platformalarının (VMware, Hyper-V və s.) idarə olunması, resurslardan səmərəli istifadə və optimallaşdırma işlərinin aparılması; Ehtiyat nüsxələmə və bərpa proseslərinin təşkili, icrasına nəzarət və fövqəladə hallarda sistemlərin operativ bərpasının təmin edilməsi; İT sistemlərinin fəaliyyətinin davamlı monitorinqi, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması; Şəbəkə infrastrukturu üzrə ümumi inzibati nəzarətin həyata keçirilməsi, LAN/WAN, VPN, firewall və digər əsas komponentlərlə bağlı işlərin koordinasiya olunması; Sistem və informasiya təhlükəsizliyi üzrə tələblərin tətbiqində iştirak etmək, giriş hüquqları, yenilənmələr, antivirus və digər qoruma mexanizmlərinin icrasına nəzarət etmək; İstifadəçi hesablarının, səlahiyyətlərin və giriş hüquqlarının korporativ standartlara uyğun şəkildə idarə olunmasını təmin etmək; Mövcud İT infrastrukturunun təkmilləşdirilməsi, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər hazırlamaq; İT infrastrukturu üzrə texniki sənədləşmənin, sxemlərin, təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək; Təchizatçılar və xidmət təminatçıları ilə texniki məsələlər üzrə koordinasiyanı həyata keçirmək; Proqram təminatı və lisenziyaların quraşdırılması, yenilənməsi və istifadə müddətlərinə nəzarət prosesində iştirak etmək; Sistem komandası daxilində işlərin koordinasiyasını həyata keçirmək, zərurət olduqda əməkdaşlara metodiki dəstək göstərmək; İnsidentlərin idarə olunması, sistemlərin dayanıqlılığının qorunması və xidmətlərin operativ bərpası istiqamətində tədbirlər görmək; Hesabat, texniki arayış, rəy və digər xidməti sənədlərin hazırlanmasında iştirak etmək.

Əməliyyatlar üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Tam Ştat

Vakansiyaya dair tələblər: Müvafiq sahələrin fəaliyyət planlarının və iş bölgüsünün icrasına nəzarəti təşkil etmək; İstehsalat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və istehsalat xərclərinin azaldılması istiqamətində təşəbbüslərin irəli sürülməsi; İstehsalatda texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə operativ qərarların qəbulu və icrasına nəzarəti təşkil etmək; Emal və hasilat sahələri üzrə mal-material, texnika, sərf materiallarının və kimyəvi maddələrin təminatının düzgün planlaşdırılması və əlaqələndirilməsi; İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarəti təşkil etmək; Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək; Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarəti təşkil etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək; Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək; İstehsal sahələrində aparılan optimizasiyalar ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi; Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək; Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Tam Ştat

Əsas vəzifə öhdəlikləri SƏTƏM siyasət və prosedurlarının tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək. Audit və təftiş: Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək. Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək. Təlim və təlimatlandırma: Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək. Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək. Monitorinq və hesabatlılıq: SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək. Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək. Risklərin müəyyən edilməsi: İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək. Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması. SƏTƏM inventar və materialların izlənməsi: SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.