Aparıcı mühasib
Tam Ştat
Direktor
1.500 AZN-dən
Yerləşdirilib 1 aprel 2026
Son Tarix: 1 may 2026
Təsvir
“AZERA HOLDING” MMC tərkibindəki “Baku Medical Plaza” QSC-yə (mərkəz fililalı) Aparıcı mühasib vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Gündəlik kassa və bank hesabatlarının hazırlanıb holdinqə göndərilməsi.
Gündəlik statistik hesabatın hazırlanıb direktor və maliyyə rəhbərinə təqdim edilməsi.
ƏDV Əvəzləşmə hesabatının hazırlanması.
Əmək haqqı üzrə verilən məlumatlara əsasən yekun cədvəlin hazırlanması və əmək haqqının kartlara köçürülməsi.
Əmək haqqı üzrə hesabatların maliyyə menecerinə təqdim olunması. (Həkim və inzibati heyət ayrı ayrılıqda)
Debitorlar üzrə e-qaimələrin göndərilməsi. (Köhnə, dəqiqləşməmiş debitorlar istisna olmaqla)
Kreditor ödənişlərin icrası və hesabatın hazırlanmasına dəstək.
Doğum statistikası üzrə hesabatın hazırlanması. (Baku Kids)
İcra vərəqələri üzrə ödənişlərin icrası.
Şöbələr və həkimlər üzrə rentabelliyin hazırlanması
Tələblər
PMS sertifikatı mütləq tələbdir.
Minimum 25 yaş
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1,5 3 il;
Azərbaycan dili (əla), ingilis və rus dili üstünlük;
MS Office proqramları (EXEL) ilə sərbəst işləmə bacarığı.
Təmkinli və səbirli olması vacibdir.
İş şərtləri:
Əmək Haqqı:1500-2000 Azn
6 Gün
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir.
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12366
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
1000+