Ana Səhifə
Vakansiyalar

Planlama üzrə mütəxəssis

Planlama üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

1.200 AZN-dən

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

“AZERA Holding” tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC-də Planlama üzrə mütəxəssis vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • İstehsal və xidmət prosesləri üzrə tələbatların proqnozlaşdırılması, resursların (işçi qüvvəsi, material, avadanlıq, zaman) balanslı bölüşdürülməsi və icra planlarının (həftəlik/aylıq) hazırlanması

  • İşçi qüvvəsi planı və növbə-cədvəllərinin tərtibi

  • Material ehtiyat planlaması, minimum-stok səviyyələri, “safety stock” hesablamaları.

  • Satınalma və logistika ilə sinxron plan (lead-time, lot-size, tədarük riskləri).

  • Risklərin plan üzrə idarəsi.

  • İdarəetmə paneli və hesabatların hazırlanması

  • Sistemlərində məlumatların dəqiqliyinin nəzarəti.

  • Daxili prosedur icrasına nəzarət, proseslərin fasiləsiz yaxşılaşdırılması

Tələblər

  • Ali təhsil İqtisadiyyat, Biznes analitika, Sənaye mühəndisliyi, Riyaziyyat və ya uyğun sahə (bakalavr)

  • Tələb olunan vəzifədə ən azı 2 il

  • Azərbaycan Rus ( arzuolunandır)

  • Ofis proqramları ,Outlook,1C

  • Dəqiq və punktual,məsuliyyətli,riyazi biliklərin olması arzuolunandır

  • Təcrübə: Planlama, təchizat zənciri, WFM (workforce management), istehsal/satış planlaması üzrə ən azı 2–3 il.

  • İdarəetmə bacarığı, stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək

  • İcraatında olan işi  tələb olunan zamanda  təhvil vermək

  • Cins:Bəy Namizədlər

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə

  • Əmək haqqı: 1200 AZN

Müraciət üçün: CV-nizi “Planlama üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10851

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Direktor Müavini

Tam Ştat

“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən Sara Group QSC Direktor Müavini vakansiyasını elan edir! Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək; Şirkətin müvafiq struktur bölmələrində müəyyən edilmiş iş proseslərinə və iş fəaliyyətinə nəzarət etmək; Struktur bölmə rəhbərlərinə tapşırıqlar vermək və tapşırılmış işlərin icrasına nəzarət etmək; Şirkətin Nizamnamə tələblərinə, habelə Rəhbərliyin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək; Şirkətin fəaliyyətinə dair müəyyən edilmiş müvafiq hesabat sistemi üzrə aparılan işlərə mütəmadi olaraq nəzarət etmək; Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək; Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək; Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Müvafiq hesabatların hazırlanmasını, toplanmasını və təqdim edilməsini təşkil etmək; Şirkətdə biznes proseslərinin tətbiq olunmasına nəzarət etmək; Bütün struktur bölmələrilə qarşılıqlı işləmək və tabeçiliyində olan struktur bölmələri ilə bağlı təkliflər, tapşırıqlar vermək və məlumatlar almaq; Vəzifə çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək.