Anbardar

Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 12 aprel 2026

Təsvir

“AZERA Holding” tərkibindəki BMP QSC-də Anbardar vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:

  • Anbardar müxtəlif material qiymətlilərinin-yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirir.

  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır.

  • Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir.

  • Tibb müəssisəsində korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil edir.

  • Material qiymətlilərinin qorunmasını təmin edir.

  • Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik edir.

  • Material qiymətlilərini sifarişlər üzrə komplektləşdirir.

  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir.

  • Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır.

  • İnventarlaşdırmanın aparılmasında iştirak edir.

Tələblər

  • Ali təhsil

  • Minimum 1.5-3 il

  • MC Ofiice proqramlarında sərbəst işləmək

  • Təmkinli və səbirli olması vacibdir.

  • Qadın- Kişi (25 yas+)

İş şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

  • Əmək haqqı: 1000AZN

  • İş qrafiki: 6 günlük

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə göstərilən mail ünvanına göndərməniz xahiş edilir.

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10850

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Direktor Müavini

Tam Ştat

“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən Sara Group QSC Direktor Müavini vakansiyasını elan edir! Vəzifə öhdəlikləri: Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək; Şirkətin müvafiq struktur bölmələrində müəyyən edilmiş iş proseslərinə və iş fəaliyyətinə nəzarət etmək; Struktur bölmə rəhbərlərinə tapşırıqlar vermək və tapşırılmış işlərin icrasına nəzarət etmək; Şirkətin Nizamnamə tələblərinə, habelə Rəhbərliyin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək; Şirkətin fəaliyyətinə dair müəyyən edilmiş müvafiq hesabat sistemi üzrə aparılan işlərə mütəmadi olaraq nəzarət etmək; Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək; Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək; Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Müvafiq hesabatların hazırlanmasını, toplanmasını və təqdim edilməsini təşkil etmək; Şirkətdə biznes proseslərinin tətbiq olunmasına nəzarət etmək; Bütün struktur bölmələrilə qarşılıqlı işləmək və tabeçiliyində olan struktur bölmələri ilə bağlı təkliflər, tapşırıqlar vermək və məlumatlar almaq; Vəzifə çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək.