Aparıcı Dizayner
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsi
Vəzifə öhdəlikləri:
Şirkətin və onun brend standartlarına uyğun reklam, sosial media və çap materiallarının yüksək keyfiyyətlə hazırlanması;
Kreativ konseptlərin işlənməsi və funksional vizual həllərə çevrilməsi;
Korporativ və marketinq materiallarının dizaynının hazırlanması və müxtəlif platformalara uyğun adaptasiyası;
Layihələrin müəyyən edilmiş müddətlərdə, yüksək keyfiyyət standartlarına uyğun icra edilməsi;
Komanda üzvləri və aidiyyəti struktur bölmələrlə effektiv koordinasiyanın təmin edilməsi;
Vizual materialların keyfiyyətinə nəzarətin həyata keçirilməsi və yekun təqdimata tam hazır vəziyyətə gətirilməsi;
Eyni vaxtda bir neçə dizayn layihəsinin planlı şəkildə idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi.
Vəzifə tələbləri:
Qrafik dizayn, rəssamlıq və ya müvafiq sahə üzrə ali təhsil;
Dizayn sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, ingilis və rus dilləri arzuolunandır.
CorelDRAW, Adobe Auto Effects, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst və peşəkar işləmə bacarığı;
MS Office proqramları üzrə baza bilikləri;
Güclü kreativ düşünmə və vizual həllərin hazırlanması bacarığı;
Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətli iş yanaşması;
Tapşırıqları vaxtında və prioritetlərə uyğun şəkildə icra etmə bacarığı;
İş şəraiti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı Dizayner” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18431
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor