Android (Jetpack Compose) üzrə Middle Developer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, dövlət xidmətlərinin mobil platformalar üzərindən ən yüksək texnoloji standartlarla təqdim edilməsi və ekosistemin rəqabətqabiliyyətli həllərlə təmin olunması məqsədilə Android (Jetpack Compose) üzrə Middle Developer vakansiyasını elan edir.
Vəzifənin əsas hədəfi:
Kotlin və Jetpack Compose istifadə edərək Android tətbiqlərin hazırlanması;
Mövcud arxitektura prinsiplərinə riayət etməklə kod bazasının dayanıqlılığının təmin edilməsi;
Süni intellekt (AI) alətlərinin proqramlaşdırma prosesində istifadə edilməsi;
Git versiya idarəetmə sistemindən istifadə edərək kod versiyalarının idarə edilməsi;
Proqram təminatının dayanıqlılığının təmin olunması;
Məhsul sahibləri, İT Biznes analiklər, Dizaynerlər və digər krosfunksional komandalarla əməkdaşlıq edilməsi;
Komanda daxilində texnoloji trendlərin müəyyən edilməsini və yeniliklərin aktiv izlənilməsi
Tələblər
Biznes və ümumi bacarıqlar:
Android sahəsində ən azı 2 il real iş təcrübəsi;
Texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək bacarığı;
Texniki həllərin biznes hədəflərinə və istifadəçi ehtiyaclarına (UX) necə təsir etdiyini anlamaq və dəyər qatmaq bacarığı
Krosfunksional komandalar (dizayn, product, backend) ilə effektiv ünsiyyət və Agile metodologiyaları ilə çevik inkişaf proseslərinə töhfə
Problemlərin analitik təhlili
Texniki bacarıqlar:
Kotlin dilində peşəkar bilik;
Jetpack Compose ilə UI qurulmasında təcrübə;
Proqramlaşdırma prosesində Süni İntelekt (AI) alətlərindən (Gemini, Apple Intelegence, Calude Code, GitHub Copilot, Cursor, ChatGPT və s.) effektiv istifadə edərək iş məhsuldarlığını artırmaq bacarığı;
MVVM arxitekturaları ilə işləmə bacarığı;
Kotlin Coroutines və Flow vasitəsilə asinxron əməliyyatların idarə edilməsi;
Hilt ilə iş təcrübəsi;
Retrofit vasitəsilə REST API-lərlə inteqrasiya bacarığı;
Git alətləri ilə işləmə bacarığı;
Postman və digər API test alətləri ilə iş təcrübəsi;
Dizayn patternləri üzrə güclü bilik;
OOP və SOLID prinsipləri əsasında təmiz və optimallaşdırılmış kod yazmaq bacarığı, və bu prinsiplərin dərin anlayışı.
Üstünlük verilir:
Unit testlərin və UI testlərin yazılması təcrübəsi;
Room ilə işləmək bacarığı;
OpenTelemetry və ya Elastic APM kimi monitorinq alətləri ilə tanışlıq;
CI/CD (GitLab runner, Fastlane) prosesləri haqqında ilkin məlumat;
Firebase ilə işləmə bacarığı.
Necə Müraciət Etmək Olar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Other
2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14549
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200