Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
İşə qəbul (Talent Acquisition)

Ağdam PİTM filialında kadrlar üzrə müfəttiş-tabelçi

Ağdam PİTM filialında kadrlar üzrə müfəttiş-tabelçi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 fevral 2026

Son Tarix: 7 mart 2026

Təsvir

  • Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün ESD və ERP sistemlərinə yerləşdirilməsi;

  • Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması, Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün  ESD və ERP sistemlərinə yerləşdirilməsi;

  • Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (ƏMAS portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi;

  • İşçilərin şəxsi işlərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;

  • Sadə formada və xüsusi proqram (ZKTeco) vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi;

  • Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya ERP sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması;

  • Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi.

Tələblər

  • Ali təhsil

  • İş təcrübəsi 1 ildən 3 ilə qədər

  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək

  • İş rejimi: 6 gün

  • Həftədə 40 saat

İş yeri Ağdam rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda və yaxın ərazilərdə yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7479

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əmək haqqı üzrə böyük mühasib

Tam Ştat

-       İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması; -       Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi; -       DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi; -       Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması; -       Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması; -       İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək; -       İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması; -       Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması; -       1C 8.3 ERP proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması; -       Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması; -       Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.