Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
Mühasibat

Əmək haqqı üzrə böyük mühasib

Əmək haqqı üzrə böyük mühasib

Tam Ştat

Yüksək Səviyyə

1.800 AZN-dən

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 26 mart 2026

Təsvir

-       İşçilərin aylıq əmək haqqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;

-       Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;

-       DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə işlənməsi;

-       Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;

-       Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;

-       İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;

-       İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;

-       Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;

-       1C 8.3 ERP proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak və əmək haqqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;

-       Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;

-       Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər

-       Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;

-       Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;

-       1C 8.3 ERP proqramında işləmək bacarığı;

-       Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);

-       MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;

-       Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;

-       Azərbaycan Respsublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;

-       Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;

-       Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;

-       Problemləri həll etmə bacarığı olmalıdır;

-       PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.

Necə Müraciət Etmək Olar

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9546

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

"Azərpambıq ASK" MMC-nin, Biləsuvar PİEZ filialında dispetçer

Tam Ştat

İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarıa uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir; Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir; İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir; Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir; Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür; Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır; İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir; Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir. Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir. Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir; Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.