Əmtəəşünas II zona
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir.Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir. Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir. Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır. İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür. Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir.
Tələblər
Namizədə tələblər:
Yaş:30-45
Təhsili: Ali təhsil
Sahə üzrə iş təcrübəsi: ən azı 1 il
Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, 1C və s.)
Xam pambığın qəbulunda və saxlanılmasında istifadə olunan normativ texniki səndləri bilməsi vacibdir.
İş yerinə yaxınlıqda yaşayanlara üstünlük verilir
Necə Müraciət Etmək Olar
Azərpambıq ASK MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8525
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə