6-cı dərəcə kran operatoru (Bakı Limanı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Mürəkkəb və kompleks (0-75 aralığında və 75 tondan yuxarı) yük qaldırma əməliyyatlarını icra etmək;
Tandem yük qaldırma əməliyyatlarında iştirak etmək;
Aşağı dərəcəli kran operatorlarının fəaliyyətlərini müşahidə etmək, onlara metodiki rəhbərlik etmək və onların fəaliyyətlərinin qiymətləndirilməsində iştirak etmək;
Kranın təmir işlərində iştirak etmək və onlara texniki xidmət göstərmək;
Trosların bərkidilməsinin düzgünlüyünün yoxlamaq, tormozları və qoruyucu qurğuları tənzimləmək;
Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükə və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və sahə rəisinə məlumat vermək;
Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək.
Tələblər
Əməyin təhlükəsizliyi qaydalarını;
Yükqaldırma əməliyyatları zamanı təhlükəsizlik və düzgün avadanlıq istifadəsi qaydalarını;
Texniki istismar qaydalarını;
Yanğından mühafizənin norma və qaydalarını.
Necə Müraciət Etmək Olar
Azərbaycan Dəmir Yolları
Other
Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16725
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+