Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
“Nardaran İnvest” MMC Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis vakansiyasını elan edir.
Şirkətimiz enerji və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza yüksək gərginlik elektrik sistemləri və günəş enerji (solar) layihələrinin layihələndirilməsi sahəsində təcrübəli mühəndis axtarır.
Vəzifə öhdəlikləri:
Yüksək gərginlik elektrik xətləri və enerji təchizatı sistemlərinin layihələndirilməsi;
Günəş enerji (solar) sistemlərinin layihələndirilməsi və texniki hesablamaların aparılması;
Elektrik sxemlərinin, layihə rəsmlərinin və texniki sənədlərin hazırlanması;
Avadanlıq və materialların seçilməsi və texniki spesifikasiyaların hazırlanması;
Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması;
Layihə sənədlərinin hazırlanması və sistemləşdirilməsi;
Layihələrin təqvim planına uyğun icrasına nəzarət və layihə prosesinin monitorinqi;
Layihələrin icrası zamanı texniki dəstəyin göstərilməsi və tikinti prosesinə nəzarət.
Namizədə dair tələblər:
Energetika, elektrik mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
Yüksək gərginlik elektrik sistemləri üzrə bilik və iş təcrübəsi;
Günəş enerji (solar) sistemləri üzrə nəzəri və praktiki biliklər;
AutoCAD və ya digər layihələndirmə proqramlarını bilmək;
Texniki sənədlərlə işləmək bacarığı;
Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi;
İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək;
Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq.
Üstünlük veriləcək:
Enerji layihələri üzrə iş təcrübəsi;
PV sistemlərinin layihələndirilməsi üzrə bilik və təcrübə.
Təminatlar:
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
İş qrafiki: 5/2, 09:00–18:00;
İş yerinə Koroğlu metrostansiyasından servis xidməti;
Nahar ilə təmin olunma;
Könüllü tibbi sığorta.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11402
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+