Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 11 aprel 2026
Təsvir
“Nardaran İnvest” MMC Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis vakansiyasını elan edir!
Şirkətimiz tikinti və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsi sahəsində təcrübəli lahiyəçi mühəndis axtarır.
Vəzifə öhdəlikləri:
Müxtəlif təyinatlı bina və qurğular üçün su təchizatı, kanalizasiya, yağış suları və drenaj sistemlərinin, o cümlədən yanğın su təchizatı sistemlərinin layihələndirilməsi
Layihələr üzrə hidravlik hesablamaların aparılması və texniki həllərin hazırlanması
Layihə rəsmlərinin, texniki sxemlərin və layihə-smeta sənədlərinin (BoQ) hazırlanması
AutoCAD və digər mühəndis proqramlarında layihələrin işlənməsi və yenilənməsi
Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması
Texniki hesabatların hazırlanması və layihə sənədlərinin sistemləşdirilməsi
Layihələrin təqvim planına uyğun icrasına nəzarət, gecikmələrin qarşısının alınması və layihə prosesinin mütəmadi monitorinqi
Tikinti prosesi zamanı layihə üzrə texniki dəstəyin göstərilməsi və nəzarətin həyata keçirilməsi
Podratçı təşkilatlardan layihə-smeta sənədləri üzrə rəylərin alınması, iradların aradan qaldırılması və layihənin müvafiq qurumlarda müdafiəsinin təmin edilməsi
Namizədə dair tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil
Su təchizatı və kanalizasiya sistemləri üzrə nəzəri və praktiki biliklər
AutoCAD proqramını yaxşı səviyyədə bilmək
Layihə sənədlərinin hazırlanması bacarığı
Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi
İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək
Gərgin iş şəraitində və qısa müddətli tapşırıqları effektiv şəkildə yerinə yetirmək bacarığı
Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq
Üstünlük veriləcək:
Civil 3D və ya Revit proqramları üzrə biliklər
Müvafiq sahədə iş təcrübəsi
Təminatlar:
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
İş qrafiki: 5/2, 09:00–18:00
İş yerinə Koroğlu metrostansiyasından servis xidməti
Nahar ilə təmin olunma
Könüllü tibbi sığorta
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sea Breeze Resort & Residences
Other
Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11401
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+