Baş Plan üzrə Memar

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

İş şəraiti**:**

  • İş yeri: Nardaran İnvest MMC, Sea Breeze Resort

  • Şöbə: Baş Plan şöbəsi

  • Departament: Tikinti və Planlama Departamenti

Vəzifənin məqsədi:

Layihələrin baş plan həllərinin hazırlanması, ərazi planlaşdırılması və funksional zonalaşdırmanın həyata keçirilməsi, layihələrin şəhərsalma və tikinti normativlərinə uyğun şəkildə hazırlanmasının təmin edilməsi, həmçinin layihə komandası ilə koordinasiyalı şəkildə baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak.

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə baş plan həllərinin hazırlanması və işlənməsi;

  • Ərazi planlaşdırılması, funksional zonalaşdırma və tikinti parametrlərinin müəyyən edilməsi;

  • Baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak;

  • Layihələrin şəhərsalma və tikinti normativlərinə uyğunluğunun təmin edilməsi;

  • Memarlıq, mühəndis və digər layihə bölmələri ilə koordinasiyanın aparılması;

  • Baş plan üzrə sxemlər, planlar və təqdimat materiallarının hazırlanması;

  • Layihə üzrə dəyişikliklərin və düzəlişlərin işlənməsi və layihə sənədlərinə daxil edilməsi;

  • Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Memarlıq, şəhərsalma və ya inşaat mühəndisliyi üzrə ali təhsil;

  • Baş plan və ya şəhərsalma layihələri üzrə 1–3 il iş təcrübəsi (üstünlük hesab olunur);

  • Şəhərsalma və tikinti normativləri üzrə biliklər;

  • Memarlıq və layihələndirmə proqramlarında işləmək bacarığı (AutoCAD, Civil 3D, ArchiCAD və s.);

  • Kompüter bacarıqları: MS Office proqramları – yüksək səviyyədə;

  • Azərbaycan və Rus dillərini səlis bilmək;

  • Analitik düşüncə və inkişaf etmiş məkan təfəkkürü;

  • Ünsiyyət və komandada işləmək bacarığı;

  • Məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq;

  • Şəhərsalma və baş plan layihələri üzrə beynəlxalq təcrübə və ya sertifikatlar üstünlük hesab olunur.

Bizim təminatımız:

  • İş yeri: Sea Breeze Resort, Bakı şəhəri, Nardaran qəsəbəsi;

  • İş yerinə Koroğlumetrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək;

  • Nahar ilə təmin olunma;

  • Endirimli tibbi xidmət.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göstərilən elektron poçt ünvanına göndərin.

Necə Müraciət Etmək Olar

Sea Breeze Resort & Residences

Sea Breeze Resort & Residences

Other

Sea Breeze Resort & Residences — Xəzər dənizi sahilində yerləşən, Bakı şəhər mərkəzindən təxminən 30 dəqiqəlik məsafədə olan müasir kurort və yaşayış kompleksidir. Layihə istirahət və yaşamı birləşdirən konsept üzərində qurulub və geniş qumlu çimərlik, hotellər və müxtəlif növ daşınmaz əmlak seçimləri ilə seçilir. Kompleks ərazisində restoranlar, SPA və fitnes mərkəzləri kimi istirahət xidmətləri də mövcuddur. Sea Breeze eyni zamanda Agalarov Development şirkətinin flaqman layihəsi kimi təqdim olunur və geniş ərazidə qurulan premium infrastrukturla həm sakinlərə, həm də ziyarətçilərə ilboyu rahatlıq təmin etməyi hədəfləyir. Burada 24/7 marketlər, tibb və Anti-Aging mərkəzi, məktəb və uşaq bağçası, delivery xidmətləri, eləcə də yaxta və qayıqlar üçün körpü kimi imkanlar mövcuddur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11399

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis

Tam Ştat

“Nardaran İnvest” MMC Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis vakansiyasını elan edir. Şirkətimiz enerji və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza yüksək gərginlik elektrik sistemləri və günəş enerji (solar) layihələrinin layihələndirilməsi sahəsində təcrübəli mühəndis axtarır. Vəzifə öhdəlikləri: Yüksək gərginlik elektrik xətləri və enerji təchizatı sistemlərinin layihələndirilməsi; Günəş enerji (solar) sistemlərinin layihələndirilməsi və texniki hesablamaların aparılması; Elektrik sxemlərinin, layihə rəsmlərinin və texniki sənədlərin hazırlanması; Avadanlıq və materialların seçilməsi və texniki spesifikasiyaların hazırlanması; Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması; Layihə sənədlərinin hazırlanması və sistemləşdirilməsi; Layihələrin təqvim planına uyğun icrasına nəzarət və layihə prosesinin monitorinqi; Layihələrin icrası zamanı texniki dəstəyin göstərilməsi və tikinti prosesinə nəzarət. Namizədə dair tələblər: Energetika, elektrik mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; Yüksək gərginlik elektrik sistemləri üzrə bilik və iş təcrübəsi; Günəş enerji (solar) sistemləri üzrə nəzəri və praktiki biliklər; AutoCAD və ya digər layihələndirmə proqramlarını bilmək; Texniki sənədlərlə işləmək bacarığı; Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi; İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək; Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq. Üstünlük veriləcək: Enerji layihələri üzrə iş təcrübəsi; PV sistemlərinin layihələndirilməsi üzrə bilik və təcrübə. Təminatlar: Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; İş qrafiki: 5/2, 09:00–18:00; İş yerinə Koroğlu metrostansiyasından servis xidməti; Nahar ilə təmin olunma; Könüllü tibbi sığorta. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.

Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis

Tam Ştat

“Nardaran İnvest” MMC Su, Kanalizasiya və Drenaj Sistemləri üzrə layihəçi mühəndis vakansiyasını elan edir! Şirkətimiz tikinti və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsi sahəsində təcrübəli lahiyəçi mühəndis axtarır. Vəzifə öhdəlikləri: Müxtəlif təyinatlı bina və qurğular üçün su təchizatı, kanalizasiya, yağış suları və drenaj sistemlərinin, o cümlədən yanğın su təchizatı sistemlərinin layihələndirilməsi Layihələr üzrə hidravlik hesablamaların aparılması və texniki həllərin hazırlanması Layihə rəsmlərinin, texniki sxemlərin və layihə-smeta sənədlərinin (BoQ) hazırlanması AutoCAD və digər mühəndis proqramlarında layihələrin işlənməsi və yenilənməsi Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması Texniki hesabatların hazırlanması və layihə sənədlərinin sistemləşdirilməsi Layihələrin təqvim planına uyğun icrasına nəzarət, gecikmələrin qarşısının alınması və layihə prosesinin mütəmadi monitorinqi Tikinti prosesi zamanı layihə üzrə texniki dəstəyin göstərilməsi və nəzarətin həyata keçirilməsi Podratçı təşkilatlardan layihə-smeta sənədləri üzrə rəylərin alınması, iradların aradan qaldırılması və layihənin müvafiq qurumlarda müdafiəsinin təmin edilməsi Namizədə dair tələblər: İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil Su təchizatı və kanalizasiya sistemləri üzrə nəzəri və praktiki biliklər AutoCAD proqramını yaxşı səviyyədə bilmək Layihə sənədlərinin hazırlanması bacarığı Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək Gərgin iş şəraitində və qısa müddətli tapşırıqları effektiv şəkildə yerinə yetirmək bacarığı Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq Üstünlük veriləcək: Civil 3D və ya Revit proqramları üzrə biliklər Müvafiq sahədə iş təcrübəsi Təminatlar: Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək İş qrafiki: 5/2, 09:00–18:00 İş yerinə Koroğlu metrostansiyasından servis xidməti Nahar ilə təmin olunma Könüllü tibbi sığorta Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə göstərilənelektron poçt ünvanına göndərə bilərlər.

Leading Financial Reporting Specialist

Tam Ştat

Sea Breeze Resort LLC is looking for a Leading Financial Reporting Specialist! Salary: Expectations of the successful candidate will be considered. Job description: Prepare semiannual and annual consolidated and standalone IFRS financial statements, including timely and accurate preparation of supporting notes and disclosures; Ensure effective communication and coordination with external auditors, the Company, its subsidiary companies, finance teams, and other key stakeholders throughout the audit process; Analyze the financial statements of the Company and its subsidiary companies, ensuring compliance with accounting policies and IFRS requirements, identifying inconsistencies, implementing necessary improvements, and enhancing overall reporting quality; Monitor updates to existing and new IFRS standards, assess their potential impact on the Company and its subsidiary companies, and propose appropriate implementation strategies; Support continuous improvement of the financial reporting cycle, including automation of processes, simplification and standardization of reporting, and strengthening the analytical depth of financial outputs; Support automation and integration of IFRS requirements within the ERP system; Support the evaluation of new investment opportunities from a financial and reporting perspective, including financial feasibility reviews and impact assessments; Support the evaluation of the profitability and performance of current projects, providing analytical insights to assist management in project monitoring and decision-making; Identify risk areas within finance-related business processes and provide actionable recommendations to enhance internal controls, efficiency, and compliance. Experience, Competencies and Skills Required: Bachelor’s degree in Finance/Accounting; 3–5 years of professional experience in financial reporting or financial analysis; Strong analytical skills; Strong communication and presentation skills; Good knowledge of Azerbaijani, English, and Russian; Good knowledge of MS Office (especially MS Excel) and 1C ERP; ACCA, CIMA, CPA, CFA, or other financial certifications are preferable; Experience in Big4 companies will be considered like the advantage. How to apply: Interested candidates are requested to: Submit their CV to the e-mail address in the Apply for job button. Include “Leading Financial Reporting Specialist” in the subject line.