Yanacaq avadanlıqlar üzrə çilingər (regionlar)

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 4 may 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Yanacaq Avadanlıqlarının Texniki Xidməti və Təmiri

  • Yanacaq doldurma məntəqələrində və anbarlarda mexaniki avadanlıqların təmirini və baxışını həyata keçirmək

  • Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və filtrasiya sistemlərinin işləkliyini təmin etmək

  • Nasaz və köhnəlmiş hissələri dəyişdirmək, qaynaq və montaj işləri aparmaq

  • Yeni yanacaq çənlərinin, nasos stansiyalarının və dispenserlərin quraşdırılmasında iştirak etmək

  • Boru xətlərinin düzgün qoşulmasını və hermetikliyini yoxlamaq

  • Klapanlar, muftalar, flanslar və digər mexaniki hissələrin sazlanmasını aparmaq

  • Boru xətlərinin təzyiq testlərini aparmaq və sızmaların qarşısını almaq

  • Yanacaq ötürmə sistemlərində yaranan nasazlıqları aşkar edib, operativ şəkildə aradan qaldırmaq

  • Yanacaq nasoslarının və filtr sistemlərinin təmizlənməsi və texniki xidməti

  • Mexaniki işlər zamanı təhlükəsizlik qaydalarına əməl etmək

  • Yanacaq avadanlıqları ilə işləyərkən işçi təhlükəsizliyini təmin etmək və avadanlıqların düzgün istifadə olunmasına nəzarət etmək

  • Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək

  • Gündəlik və aylıq texniki işlərin hesabatlarını hazırlamaq

  • Ehtiyat hissələri və avadanlıq tələbləri ilə bağlı sifarişlərin hazırlanması

  • Quraşdırılmış və ya təmir olunmuş avadanlıqların qeydiyyatının aparılması

Tələblər

  • Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili

  • Çilingər vəzifəsində ən azı 2-3 il iş təcrübəsi

  • Yanacaq sektoru, neft-qaz və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür

  • Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək

  • Hidravlik və pnevmatik sistemlər üzrə anlayışın olması

  • Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq

  • Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları

  • Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması

  • Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək

Necə Müraciət Etmək Olar

North West

North West

Other

North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14673

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Kiçik İT mütəxəssisi (Helpdesk)

Tam Ştat

Vəzifə Öhdəlikləri: IT Service Management (ITSM) və Ticketing System vasitəsilə daxil olan müraciətlərin izlənməsi və vaxtında icrasının təmin edilməsi , rəsmi üslubda yazılı komunkasiyanın qurulması; Endpoint cihazların idarə olunması (desktop, noutbuk, mobil cihazlar,). Müəyyən hissələrin dəyişdirilməsi, ssd, ram, klaviatura. Windows 11 və MacOS əməliyyat sistemlərində nasazlıqların aradan qaldırılması, sazlama və performans optimizasiyası; Microsoft office 2016, 2021 (Outlook, Teams, SharePoint, OneDrive və s.) dəstəklənməsi, konfiqurasiyası; Tikinti şirkətlərində geniş istifadə olunan mühəndislik və dizayn proqramlarının (AutoCAD, SketchUp, Adobe Creative Suite və s.) quraşdırılması, lisenziya idarəçiliyi, plaginlərin yenilənməsi və optimallaşdırılması; Network Administration üzrə baza əməliyyatların icrası (IP addressing, DNS, DHCP, VLAN konfiqurasiyası, LAN/WAN troubleshooting); Structured Cabling System (SCS) üzrə işlərin icrası – Cat5/6 kabel xətləri, patch panel, krimpləmə və test proseslərinin aparılması; Active Directory və Group Policy Management üzərindən istifadəçi hesablarının yaradılması, silinməsi, şifrə resetlənməsi, qruplara qoşulması və resurslara icazələrin verilməsi; Backup və Recovery sistemlərinin idarə olunması – istifadəçi fayllarının, e-poçtların və server resurslarının təhlükəsiz ehtiyat nüsxələrinin saxlanılması və bərpası; Endpoint Security və Antivirus həllərinin (Bitdefender, Kaspersky, ESET və s.) idarə olunması, yenilənməsi və təhlükəsizlik insidentlərinin monitorinqi; Müxtəlif İT avadanlıqları ilə iş bacarığı – printerlər, çoxfunksiyalı qurğular (MFP), proyektorlar, şəbəkə cihazları və digər periferik avadanlıqlar; İT avadanlıqlarının inventarizasiyası və aktivlərin idarə olunması (IT Asset Management); İnformasiya təhlükəsizliyi standartlarına (ISO/IEC 27001 və s.) uyğun olaraq daxili qaydalara riayət edilməsi və istifadəçilərin maarifləndirilməsi.