Konstruktor layihəçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 14 may 2026
Təsvir
Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
Mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir.
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir
Tələblər
Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, REVIT
Dil bilikləri: Azərbaycan, İngilis dili. Digər dillər əlavə üstünlük hesab olunur
Namizədlərdən CV-ni "Konstruktor layihəçi" mövzusu ilə cv@nwconstruction.com və ya **hr@nwconstruction.com**elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14098
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+