Ana Səhifə
Vakansiyalar

Laboratoriya texniki (Qarabağ)

Laboratoriya texniki (Qarabağ)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 8 may 2026

Təsvir

  • Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək.

  • Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək.

  • Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.).

  • Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək.

  • Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək.

  • Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək.

  • Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək.

  • Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək.

  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək.

  • Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.

Tələblər

  • Orta texniki və ya ali texniki təhsil (mühəndislik, inşaat materialları, kimya texnologiyası və s.).

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

  • Laboratoriya cihazları ilə işləmə bacarığı

  • Beton və xammal sınaqlarının standart metodlarını bilmək

  • Beton qarışıqlarının nisbətlərini və texniki parametrlərini anlamaq.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com  və ya hr@nwconstructin.com göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Laboratoriya texniki (Qarabağ)” mövzu bölməsində göstərin.

Necə Müraciət Etmək Olar

North West

North West

Other

North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13801

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Software engineer with applied AI experience / Süni İntellekt tətbiqləri üzrə təcrübəsi olan Proqram Mühəndisi

Tam Ştat

Vəzifə Öhdəlikləri Şirkətin biznes ehtiyaclarına uyğun sürətli MVP-lərin, daxili alətlərin və AI dəstəkli proqram həllərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi OpenAI, Claude və digər AI servis/API-lərinin məhsul və daxili proseslərə inteqrasiyası Backend və frontend komponentlərin hazırlanması, API-lərin inteqrasiyası və sistemlərarası əlaqələrin qurulması Cursor və digər AI-assisted development alətlərindən istifadə etməklə proqram təminatının daha çevik hazırlanması Müxtəlif mənbələrdən məlumatların ingest olunması, emalı və AI modelləri üçün istifadəyə yararlı hala gətirilməsi Promptların hazırlanması və optimizasiyası, structured output, retry/fallback məntiqi və cavab keyfiyyətinin yaxşılaşdırılması Hazırlanan həllərdə performans, xərc, etibarlılıq və təhlükəsizlik balansının qorunması Mövcud daxili sistemlər, verilənlər bazaları və üçüncü tərəf servis/API-lərlə inteqrasiyaların həyata keçirilməsi Biznes komandaları ilə sıx işləyərək tələblərin texniki həllərə çevrilməsi və qısa müddətdə işlək məhsulun təqdim olunması Hazırlanan məhsullar üzrə texniki sənədləşmənin aparılması, kod keyfiyyətinin və dəstəklənə bilən arxitekturanın təmin edilməsi Gələcək mərhələlərdə daxili AI / machine learning infrastrukturuna keçidi dəstəkləyəcək texniki bünövrənin formalaşdırılması LLM əsaslı həllərin qurulması: mətn analizi məlumat çıxarışı sənəd emalı xülasələmə axtarış chatbot və workflow avtomatlaşdırılması