Software engineer with applied AI experience / Süni İntellekt tətbiqləri üzrə təcrübəsi olan Proqram Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 8 may 2026
Təsvir
Vəzifə Öhdəlikləri
Şirkətin biznes ehtiyaclarına uyğun sürətli MVP-lərin, daxili alətlərin və AI dəstəkli proqram həllərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi
OpenAI, Claude və digər AI servis/API-lərinin məhsul və daxili proseslərə inteqrasiyası
Backend və frontend komponentlərin hazırlanması, API-lərin inteqrasiyası və sistemlərarası əlaqələrin qurulması
Cursor və digər AI-assisted development alətlərindən istifadə etməklə proqram təminatının daha çevik hazırlanması
Müxtəlif mənbələrdən məlumatların ingest olunması, emalı və AI modelləri üçün istifadəyə yararlı hala gətirilməsi
Promptların hazırlanması və optimizasiyası, structured output, retry/fallback məntiqi və cavab keyfiyyətinin yaxşılaşdırılması
Hazırlanan həllərdə performans, xərc, etibarlılıq və təhlükəsizlik balansının qorunması
Mövcud daxili sistemlər, verilənlər bazaları və üçüncü tərəf servis/API-lərlə inteqrasiyaların həyata keçirilməsi
Biznes komandaları ilə sıx işləyərək tələblərin texniki həllərə çevrilməsi və qısa müddətdə işlək məhsulun təqdim olunması
Hazırlanan məhsullar üzrə texniki sənədləşmənin aparılması, kod keyfiyyətinin və dəstəklənə bilən arxitekturanın təmin edilməsi
Gələcək mərhələlərdə daxili AI / machine learning infrastrukturuna keçidi dəstəkləyəcək texniki bünövrənin formalaşdırılması
LLM əsaslı həllərin qurulması:
mətn analizi
məlumat çıxarışı
sənəd emalı
xülasələmə
axtarış
chatbot və workflow avtomatlaşdırılması
Tələblər
Software engineering sahəsində güclü praktiki bilik və real layihələr üzrə təcrübə
REST API, database, authentication, queue/background jobs və sistem inteqrasiyaları sahəsində təcrübə
LLM/API-lərlə praktiki iş təcrübəsi
Sürətli MVP hazırlama və qeyri-müəyyən biznes tələblərini işlək proqram məhsuluna çevirmə bacarığı
Cursor, Copilot və digər AI development alətlərindən səmərəli istifadə bacarığı
Kodun keyfiyyətinə, arxitekturaya, maintainability və practical delivery prinsipinə diqqət
Git və komanda daxilində development workflow-larla işləmə bacarığı
Analitik düşüncə, problem həll etmə bacarığı və yeni texnologiyaları tez mənimsəmə qabiliyyəti
Komandada işləmək və texniki olmayan şəxslərlə effektiv kommunikasiya qurmaq bacarığı
Texniki sənədlərlə işləmə bacarığı və məsuliyyətli yanaşma
AI əsaslı tətbiqlərin qurulması üzrə anlayış:
prompt engineering
retrieval
embeddings
document processing
structured outputs
basic evaluation yanaşmaları
Backend development üzrə texniki biliklər:
Python
Node.js
JavaScript / TypeScript
və ya oxşar texnologiyalar
Üstünlük Veriləcək
AI agentlər, workflow automation, OCR, vector database, RAG və axtarış əsaslı həllərlə təcrübə
Docker və deployment prosesləri üzrə bilik
Məhsul yönümlü düşüncə və biznes ehtiyaclarını tez anlama bacarığı
Tikinti, əməliyyat və ya korporativ daxili proseslər üçün proqram məhsulları hazırlamış namizədlər
Frontend framework-lərlə işləmə bacarığı:
React
Next.js
və s.
Müraciət Qaydası
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13802
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+