Xəzinədarlıq şöbəsi/ Ekspert
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
Kreditlər, istiqraz buraxılışları və digər maliyyələşmə alətləri üzrə kompleks analitik təhlillərin aparılması;
Borclanma portfelinin və müddət strukturunun təhlili, borclara xidmət göstəricilərinin (DSCR və digər əsas maliyyə metriklərinin) hesablanması və monitorinqi;
CAPEX layihələri üzrə pul axınlarının modelləşdirilməsi, maliyyələşmə ehtiyaclarının və optimal maliyyə strukturlarının qiymətləndirilməsi;
Kredit və istiqraz sənədlərinin (Term Sheet, Loan Agreement, Prospectus əlavələri və s.) maliyyə bölmələrinin təhlili və rəy hazırlanması;
Banklar, investorlar və maliyyə məsləhətçiləri üçün tələb olunan maliyyə hesabatlarının, məlumat paketlərinin və təqdimat materiallarının hazırlanması;
Rəhbərlik üçün maliyyələşmə alternativləri üzrə qısa analitik arayışların və qərarvermə yönümlü təqdimatların hazırlanması;
Gündəlik likvidlik mövqeyinin monitorinqi və effektiv idarə olunması;
Qısa və orta müddətli pul axını proqnozlarının hazırlanması, mütəmadi yenilənməsi və faktiki göstəricilərlə müqayisəli təhlili;
Valyuta və faiz dərəcəsi risklərinin monitorinqi, hedcinq əməliyyatları üzrə analitik dəstəyin göstərilməsi;
Borclanma layihələri ilə bağlı dövlət qurumları üçün müvafiq hesabatların və arayışların hazırlanması;
Xəzinədarlıq fəaliyyətinə dair periodik hesabatların, idarəetmə dashboardlarının və əsas performans göstəricilərinin (KPI) hazırlanması.
Tələblər
Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahələri üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
CFA və ya ACCA sertifikatının mövcudluğu (mütləq tələb);
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla səviyyədə;
Microsoft Office proqramları (Word, Excel, Outlook, PowerPoint) – yüksək səviyyədə;
Analitik düşünmə və təhlil aparma bacarığı;
Problemlərin effektiv həlli bacarığı;
Dəyişikliklərə tez uyğunlaşma qabiliyyəti;
Komandada işləmək bacarığı.
İş qrafiki: 5 günlük;
İş yeri: Azure ofis (Xətai rayonu).
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9919
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+