Kibertəhülkəsizlik üzrə Aparıcı Mütəxəssis / İnformasiya Təhlükəsizliyi İdarəsi
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 13 mart 2026
Təsvir
Antivirus, firewall, intrusion detection/prevention systems (IDS/IPS), DLP və digər təhlükəsizlik alətlərinin idarə olunması;
Şəbəkə təhlükəsizliyi sistemlərinin (firewall, VPN, WAF və s.) idarə olunması və monitorinqi;
Şəbəkəyə girişə nəzarət sistemi üzərindən siyasətlərinin tətbiqi və cihaz autentifikasiyasının idarə olunması;
WAF, Anti-DDOS sistemlərinin idarəsi və təhlükəsizlik siyasətlərinin tətbiqi;
Şəbəkə infrastrukturunun zəifliklərinin təhlili və risklərin azaldılması üzrə tədbirlərin görülməsi;
Təhlükəsizlik alətlərinin performansını izləmək və optimallaşdırmaq;
Phishing və sosial mühəndislik hücumlarına qarşı tədbirlər görmək;
Kibertəhlükəsizlik layihələrində iştirak etmək və dəstək göstərmək;
Təyin edilmiş zəiflikləri aradan qaldırmaq üçün tövsiyələr vermək və tətbiq etmək;
Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırmaq.
Tələblər
İnformasiya Təhlükəsizliyi sahəsində minimum 3 illik praktiki təcrübə;
Informasiyə Təhlükəsizliyi, Kompüter Elmləri və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
Təhlükəsizlik texnologiyaları, protokollar və ən yaxşı təcrübələr haqqında dərin anlayış;
Şəbəkə və sistem idarəetməsi üzrə dərin biliklər;
Məlumatların şifrələnməsi, məxfilik qanunları və qaydalarına dair biliklər;
Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
CompTIA Cybersecurity Analyst (CySA+), Comptia Security+ və ya digər müvafiq sertifikatlar üstünlükdür;
Azərbaycan dilində əla, İngilis və Rus dili yaxşı səviyyədə bilməli.
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
Strateji düşünmə qabiliyyəti;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Dəyişikliklərin idarə edilməsi prosesi üzrə bilik və bacarıqlar.
İş qrafiki:
5 günlük (2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10184
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+