Ana Səhifə
Vakansiyalar
Hüquq
Hüquqşünas (ümumi)

Komplayens şöbəsi, Sanksiyalara uyğunluq üzrə mütəxəssis

Komplayens şöbəsi, Sanksiyalara uyğunluq üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 10 mart 2026

Təsvir

  • AZAL-ın fəaliyyətində tətbiq olunan beynəlxalq sanksiya rejimlərini müəyyən etmək və onların əməliyyatlara təsirini qiymətləndirmək;

  • Tərəfdaşlar, marşrutlar, ödəniş kanalları və xidmət təminatçıları üzrə sanksiya risklərini təhlil etmək və risk xəritələndirilməsini həyata keçirmək;

  • Sanksiya yoxlamalarına metodiki rəhbərlik etmək və yoxlama prosedurlarının vahid qaydada icrasını təmin etmək;

  • Sanksiya tətbiq edilmiş fiziki və hüquqi şəxslərlə əməliyyatların məhdudlaşdırılmasını təmin etmək və buna nəzarət etmək;

  • Xarici sanksiyalara əməl edilməməsi nəticəsində yarana biləcək hüquqi, maliyyə və nüfuz risklərini müəyyənləşdirmək;

  • Risklərin azaldılması üzrə qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq və həyata keçirmək;

  • Sanksiya uyğunluğu üzrə daxili qaydaları (siyasət, prosedur, təlimat) hazırlamaq və tətbiqini izləmək;

  • İşçilər üçün maarifləndirmə və təlim tədbirlərini təşkil etmək, monitorinq və hesabatlılığı təmin etmək.

Tələblər

  • Ali təhsil (hüquq ixtisası üstünlükdür);

  • Komplayens, hüquq, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;

  • Beynəlxalq və milli sanksiya rejimləri üzrə bilik və praktik tətbiq təcrübəsi;

  • Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür);

  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;

  • Analitik düşünmə, riskləri qiymətləndirmək və hesabat hazırlamaq bacarığı;

  • Güclü ünsiyyət, qərarvermə, problem həll etmə və komandada işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10185

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Xəzinədarlıq şöbəsi/ Ekspert

Tam Ştat

Kreditlər, istiqraz buraxılışları və digər maliyyələşmə alətləri üzrə kompleks analitik təhlillərin aparılması; Borclanma portfelinin və müddət strukturunun təhlili, borclara xidmət göstəricilərinin (DSCR və digər əsas maliyyə metriklərinin) hesablanması və monitorinqi; CAPEX layihələri üzrə pul axınlarının modelləşdirilməsi, maliyyələşmə ehtiyaclarının və optimal maliyyə strukturlarının qiymətləndirilməsi; Kredit və istiqraz sənədlərinin (Term Sheet, Loan Agreement, Prospectus əlavələri və s.) maliyyə bölmələrinin təhlili və rəy hazırlanması; Banklar, investorlar və maliyyə məsləhətçiləri üçün tələb olunan maliyyə hesabatlarının, məlumat paketlərinin və təqdimat materiallarının hazırlanması; Rəhbərlik üçün maliyyələşmə alternativləri üzrə qısa analitik arayışların və qərarvermə yönümlü təqdimatların hazırlanması; Gündəlik likvidlik mövqeyinin monitorinqi və effektiv idarə olunması; Qısa və orta müddətli pul axını proqnozlarının hazırlanması, mütəmadi yenilənməsi və faktiki göstəricilərlə müqayisəli təhlili; Valyuta və faiz dərəcəsi risklərinin monitorinqi, hedcinq əməliyyatları üzrə analitik dəstəyin göstərilməsi; Borclanma layihələri ilə bağlı dövlət qurumları üçün müvafiq hesabatların və arayışların hazırlanması; Xəzinədarlıq fəaliyyətinə dair periodik hesabatların, idarəetmə dashboardlarının və əsas performans göstəricilərinin (KPI) hazırlanması.