Xarici təchizat üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
Şirkətimizin komandası üçün Xarici satınalma üzrə mütəxəssis axtarırıq!
Əsas vəzifə öhdəlikləri:
Təchizatçıların axtarışı: Beynəlxalq bazarın monitorinqi, təchizatçıların kvalifikasiya üzrə qiymətləndirilməsi, qiymət təkliflərinin (price list) alınması
Danışıqlar: Ən əlverişli qiymət və şərtlərin əldə edilməsi məqsədilə xarici dillərdə işgüzar yazışmaların və danışıqların aparılması
Sənəd dövriyyəsi: Müqavilələrin bağlanması, spesifikasiyaların, invoysların və nəqliyyat sənədlərinin hazırlanması
Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq
Tələblər
Dillər: İngilis və rus dillərini sərbəst bilmək (şifahi və yazılı)
İş təcrübəsi: Analoji vəzifədə ən azı 3 il iş təcrübəsi
Bacarıqlar: ERP sistemləri ilə işləmək bacarığı (məsələn, 1C)
Analitik düşünmə, aktiv dinləmə və tənqidi düşünmə bacarıqları
Biz təklif edirik:
Stabil şirkətdə iş
Rəsmi əmək müqaviləsi
1500-2000 azn (nett) əmək haqqı
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Mehriban və dəstəkləyici iş mühiti
Müraciət üçün: CV-nizi mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Max Print
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8186
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə