Satınalma üzrə köməkçi
Tam Ştat
Orta Səviyyə
900 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 6 mart 2026
Təsvir
Şirkətimizin komandası üçün satınalma sahəsində təcrübəsi olan,satınalma üzrə köməkçi axtarırıq.
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma fəaliyyətinə dəstək göstərilməsi
Təchizatçılarla əlaqələrin qurulması (yazışmalar, sorğular, razılaşmalar)
Sənədlərlə iş: müqavilələr, kontraktlar, təhvil-təslim aktları
Sənədlərin düzgünlüyünə və icra müddətlərinə nəzarət
Satınalma sənədlərinin aparılması və yenilənməsi
Hesabatların və müşayiətedici sənədlərin hazırlanması
Tələblər
Satınalma sahəsində ən azı 1 il analoji vəzifədə iş təcrübəsi
Rus və ingilis dillərini şifahi və yazılı şəkildə bilmək
Müqavilələr, kontraktlar və təhvil-təslim aktları ilə iş təcrübəsi
Diqqətlilik, məsuliyyət və dəqiqlik
MS Office / Google Docs proqramlarında sərbəst işləmək bacarığı
Böyük həcmli məlumatlarla işləmə qabiliyyəti
Biz təklif edirik:
Stabil şirkətdə iş
Rəsmi əmək müqaviləsi
900–1000 azn (nett) əmək haqqı
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Müraciət üçün: CV-nizi mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Max Print
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8185
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə