Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Xarici satınalmalar üzrə kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 4 mart 2026

Təsvir

İş şəraiti**:**

  • İş yeri: Bakı şəhəri

  • İş qrafiki: Tam ştat, bazar ertəsi-cümə, saat 09:00–18:00. Şənbə günü qısa iş günü, 09:00–13:00

  • Əmək haqqı: Minimum 600 AZN – maksimum 1000 AZN

İşin təsviri:

Xarici Satınalmalar üzrə Kiçik Mütəxəssis şirkətin material və xidmət ehtiyaclarının xarici bazarlardan vaxtında və effektiv şəkildə təmin edilməsində iştirak edir. Vəzifə xarici təchizatçılarla yazışmaların aparılması, qiymət araşdırmaları, sifarişlərin icrasına nəzarət, logistika və gömrük proseslərinə dəstək kimi fəaliyyətləri əhatə edir.

Vəzifə öhdəlikləri:

  • Xarici təchizatçılarla yazışmaların aparılması.

  • Sifarişlərin hazırlanması, göndərilməsi və icrasına nəzarət.

  • Bazar araşdırması və qiymət müqayisələrinin aparılması.

  • Logistika və gömrük sənədləri ilə bağlı proseslərə dəstək.

  • Satınalma sifarişlərinin hazırlanması və icrasının təmin edilməsi.

  • Təchizatçılarla ilkin danışıqların aparılması, kommersiya təkliflərinin toplanması.

  • Müqavilə və digər satınalma sənədlərinin hazırlanmasına dəstək.

  • Təchizatçı performansının izlənməsi və qiymətləndirilməsinə dəstək.

  • Şirkətin satınalma siyasətinə və prosedurlarına uyğunluğun təmin olunması.

  • Yeni təchizatçıların axtarılması və təhlili.

  • Satınalmalar üzrə hesabatların hazırlanması və müvafiq sistemlərdə qeydiyyatın aparılması.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahə üzrə üstünlük).

  • Satınalma və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi.

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel).

  • İngilis dili bilikləri B1/B2 (intermediate, upper- intermediate) mütləqdir. Rus dili bilikləri arzuolunandır.

  • Yüksək ünsiyyət, analitik düşünmə və detallara diqqət.

  • Gərgin və dinamik iş şəraitində effektiv işləmə bacarığı.

  • Komandada işləmək bacarığı.

Təklif olunur:

  • İş prosesində xarici satınalma mütəxəssisi tərəfindən kurasiya, inkişaf və təlimlər.

  • Fiks əməkhaqqı + KPI əsaslı bonus sistemi.

  • Yüksələn karyera perspektivi.

  • Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun).

  • 1-2 ay ödənişli sınaq müddəti.

Müraciət üçün:

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Telefon: (012) 434-65-95 | 055 299 59 01 Elnur Rəhimov

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8020

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Epidemioloq (Marketinq və Satışa Elmi Dəstək)

Tam Ştat

Facet MMC dezinfeksiya sahəsində aparıcı şirkətlərdəndir. Missiyamız müştərilərimizə keyfiyyətli və etibarlı məhsullar təqdim etməklə ictimai sağlamlığın qorunmasına töhfə verməkdir. Komandamıza Marketinq və Satışa Elmi Dəstək istiqamətində çalışacaq Epidemioloq axtarırıq. İş yeri: Bakı, Yasamal İş rejimi: Tam ştat, 5 günlük iş həftəsi Vəzifənin məqsədi: Şirkətin dezinfeksiyaedici məhsulları üzrə elmi-sənədli bazanı formalaşdırmaq, məhsulların tətbiq sahələri və istifadə təhlükəsizliyi ilə bağlı məlumatları sistemləşdirmək, bu bilikləri marketinq, satış və müştəri görüşlərində tətbiq edilə bilən peşəkar materiallara çevirmək. Vəzifə öhdəlikləri: Məhsullar üzrə effektivlik və tətbiq şərtləri (istifadə sahəsi, təmas müddəti, konsentrasiya və s.) ilə bağlı elmi məlumatları toplamaq, müqayisə etmək və hesabatlaşdırmaq. Dezinfeksiyaedici vasitələrin istifadə təhlükəsizliyi, risklər, düzgün tətbiq qaydaları və mümkün məhdudiyyətlər üzrə məlumatları araşdırmaq və strukturlaşdırmaq. Marketinq və satış komandası üçün elmi əsaslandırılmış kontent hazırlamaq: təqdimatlar, broşür mətnləri, məhsul məlumat vərəqləri, FAQ, müqayisə cədvəlləri və s. Müştərilərdən gələn texniki sualları cavablandırmaq, zərurət olduqda görüş və təqdimatlarda iştirak etmək (B2B). Məhsulların tətbiqi ilə bağlı təlimlərin təşkili və keçirilməsi (satış komandası və müştərilər üçün). Sahə ehtiyaclarına uyğun olaraq məhsul portfelinin elmi tərəfdən gücləndirilməsi üçün yeni mövzular, yanaşmalar və təkmilləşdirmə təklifləri vermək.