Epidemioloq (Marketinq və Satışa Elmi Dəstək)
Facet MMC dezinfeksiya sahəsində aparıcı şirkətlərdəndir. Missiyamız müştərilərimizə keyfiyyətli və etibarlı məhsullar təqdim etməklə ictimai sağlamlığın qorunmasına töhfə verməkdir. Komandamıza Marketinq və Satışa Elmi Dəstək istiqamətində çalışacaq Epidemioloq axtarırıq.
İş yeri: Bakı, Yasamal
İş rejimi: Tam ştat, 5 günlük iş həftəsi
Vəzifənin məqsədi:
Şirkətin dezinfeksiyaedici məhsulları üzrə elmi-sənədli bazanı formalaşdırmaq, məhsulların tətbiq sahələri və istifadə təhlükəsizliyi ilə bağlı məlumatları sistemləşdirmək, bu bilikləri marketinq, satış və müştəri görüşlərində tətbiq edilə bilən peşəkar materiallara çevirmək.
Vəzifə öhdəlikləri:
Məhsullar üzrə effektivlik və tətbiq şərtləri (istifadə sahəsi, təmas müddəti, konsentrasiya və s.) ilə bağlı elmi məlumatları toplamaq, müqayisə etmək və hesabatlaşdırmaq.
Dezinfeksiyaedici vasitələrin istifadə təhlükəsizliyi, risklər, düzgün tətbiq qaydaları və mümkün məhdudiyyətlər üzrə məlumatları araşdırmaq və strukturlaşdırmaq.
Marketinq və satış komandası üçün elmi əsaslandırılmış kontent hazırlamaq: təqdimatlar, broşür mətnləri, məhsul məlumat vərəqləri, FAQ, müqayisə cədvəlləri və s.
Müştərilərdən gələn texniki sualları cavablandırmaq, zərurət olduqda görüş və təqdimatlarda iştirak etmək (B2B).
Məhsulların tətbiqi ilə bağlı təlimlərin təşkili və keçirilməsi (satış komandası və müştərilər üçün).
Sahə ehtiyaclarına uyğun olaraq məhsul portfelinin elmi tərəfdən gücləndirilməsi üçün yeni mövzular, yanaşmalar və təkmilləşdirmə təklifləri vermək.