Xaricdə Təhsil üzrə Baş Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 1 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
“StudyLab” Mərkəzi Xaricdə Təhsil üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!
Türkiyə, Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya və digər xarici ölkələrdə dil kursları, ali məktəbə hazırlıq proqramları, bakalavr, magistratura və doktorantura təhsili daxil olmaqla, müştərilər üçün xaricdə ən münasib və uyğun təhsil proqramları seçmək, ilkin məsləhətləşmələr vasitəsilə, müraciət edən şəxsləri (potensial müştəriləri) həqiqi müştərilərə çevirmək.
İş şəraiti
Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 - 16:00
Ödəniş: əmək haqqı 1500 AZN – 2000 AZN
“StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A
İş barədə məlumat:
Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
Tələbələrlə təhsil konsultasiyası; Uyğun universitet və ixtisasların seçilməsi;
Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi; Qəbulların alınması;
Tələbələr üçün təqaüdlərin təyin olunması; Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi;
Viza müraciətlərinin edilməsi;
Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
Rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək
Ölkə üzrə/ Xaricdə keçirilən tədbirlərdə StudyLab şirkətini təmsil etmək;
Tələblər
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Yüksək səviyyədə Azərbaycan dili, B2 və üzəri İngilis dili
Sorğuların operativ cavablandırılması qabiliyyəti
Güclü araşdırma qabiliyyəti/ Satış bacarığı
Maraqlanan namizədlər mövzu yerində “Xaricdə Təhsil üzrə Baş Mütəxəssis” yazmaqla öz CV-lərini qeyd olunan elektron poçt göndərə bilər. (Cover letter arzuolunandır)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!
Necə Müraciət Etmək Olar
StudyLab
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15628
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə