Şirkətlərə Qayıt
StudyLab

StudyLab

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

StudyLab

İngilis bölməsi üzrə Fizika müəllimi

StudyLab

Tam Ştat
Orta Səviyyə

“StudyLab” təhsil mərkəzi “İngilis bölməsi üzrə Fizika müəllimi” vakansiyası elan edir. Namizəddən tələblər. Fizika sahəsi üzrə ali təhsil. Magistr dərəcəsi üstünlükdür. İngilis dilində akademik səviyyədə sərbəst danışıq və tədris bacarığı (minimum B2/C1 səviyyə). Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəli olmalı. (beynəlxalq məktəb və ya kurs sahəsində təcrübə üstünlükdür). Müasir tədris metodlarından və texnologiyalarından istifadə bacarığı. Şagirdlərlə effektiv ünsiyyət və motivasiya yaratmaq bacarığı. Vəzifə öhtəlikləri. Fizika fənnini ingilis dilində tədris etmək. Dərs planlarını hazırlamaq və proqram üzrə dərsləri effektiv şəkildə keçmək. Tədris proqramı və imtahan suallarının hazırlanması prosesində birbaşa iştirak etmək. Şagirdlərin bilik səviyyəsini qiymətləndirmək və inkişafını izləmək. Hazırlıq mərkəzinin akademik siyasət və qaydalarına riayət etmək. Tədris prosesində innovativ yanaşmalar tətbiq etmək. İş haqda məlumat. Əmək haqqı-Müsahibə əsasında namizədin bilik, bacarıq və təcrübəsinə görə müəyyən olunacaq. İş qrafiki - 6 gün. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi. Uyğun namizədlər CV-lərini (PDF formada) “İngilis bölməsi üzrə Fizika müəllimi” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.

StudyLab

Akademik işlər üzrə şöbənin mütəxəssisi

StudyLab

Tam Ştat
Menecer

Namizəddən tələblər: B2 səviyyədə ingilis dili biliyi mütləqdir. Təhsil (Özəl kurs) sahəsində mütəxəssis və ya menecer vəzifəsində 2-5 il iş təcrübəsi üstünlükdür. Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Pedaqoji ixtisaslardan məzun olanlara üstünlük veriləcək). Excel proqramında sərbəst işləyə bilmək. Vəzifə öhdəlikləri: Mərkəzə daxil olan müraciətlərin cavablandırılması, qeydiyyata alınması və müvafiq sistemə daxil edilməsi. Yeni tələbələrin cəlb olunması üçün daxil olan müraicətlərlə satış yönümlü ünsiyyət həyata keçirmək. Mərkəz daxilində ehtiyaclara uyğun olaraq tələbələrin yeni fənlərə yazılmasını təmin etmək. Tələbələrin beynəlxalq imtahanlara qeydiyyatının aparılmasını həyata keçirmək. (SAT, IELTS, TOEFL, OMPT, Cambridge və s).  Qeyd: Bu bənd zəruridir və bunun üçün B2 səviyyədə ingilis dili biliyi tələb olunur. Təhsil mərkəzində daxili sınaq imtahanlarıın təşkili. Tələbələrin təhsil haqda hesabatlarını mütəmadi (həftəlik) valideynlərə təqdim etmək. Şöbə rəhbərinə gündəlik, həftəlik və aylıq hesabatları təqdim etmək. İş haqda məlumat: İş qrafiki: 6 gün 5 gün saat 10:00-19:00. Şənbə- saat 10:00 -16:00 (qısa iş günü). Əmək haqqı: Sabit əmək haqqı (600-800 AZN) +bonus (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq). İldə bir dəfə performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı sistemi. Mütəxəssis vəzifəsindən başlayaraq Baş Mütəxəssis, Aparıcı Mütəxəssis və s vəzifələrinə qədər yüksəlmək imkanı. Rəsmi əmək müqaviləsi ilə iş. Ünvan- Atatürk pr 39 A. (“StudyLab” təhsil mərkəzi). Uyğun namizədlər CV-lərini (PDF formada qeyd olunan elektron ünvanına “Akademik işlər üzrə şöbənin mütəxəssisi” başlığı ilə göndərə bilərlər.