Xadimə - Şirvan
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 4 fevral 2026
Son Tarix: 15 mart 2026
Təsvir
Anbarın daxili sahələrinin (döşəmələr, keçidlər və s.) gündəlik təmizlənməsi;
Döşəmə yuyan-silən maşınlarından istifadə etməklə süpürmə, silmə və yuma işlərinin aparılması;
Rəflərin alt hissələrinin, keçid yollarının və ümumi istifadə sahələrinin təmiz saxlanılması;
Tullantıların toplanması və müəyyən edilmiş yerlərə daşınması;
Tualet, sanitar qovşaqlar və məişət otaqlarının təmizlənməsi və dezinfeksiyası;
Təmizlik zamanı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi;
Təmizlik ləvazimatlarının və inventarının düzgün istifadəsi və qorunması;
İş zamanı anbar avadanlıqlarına və mallara zərər vurulmamasının təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən digər təmizliklə bağlı tapşırıqların yerinə yetirilməsi;
İş günləri və saatları: həftə içi 5 gün, 09:00 - 18:00;
Əməkhaqqı: 500 AZN.
Tələblər
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
Təmizlik arabaları və təmizlik inventarı ilə işləmək bacarığı (öyrədilə bilər);
Fiziki cəhətdən işləmək qabiliyyəti;
Təmizlik və gigiyenaya diqqət;
Məsuliyyətlilik, səliqəlilik və intizamlılıq;
Komandada işləmək bacarığı;
Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür).
Necə Müraciət Etmək Olar
Birmarket.az
Retail
Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7251
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+