Ana Səhifə
Vakansiyalar

Qaytarma üzrə mütəxəssis

Qaytarma üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 3 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

  • Ləğv olunmuş (qaytarılmış) malların qəbulu, saxlanması və göndərişinin həyata keçirilməsi.

  • Malın komplektliyini və vəziyyətinin yoxlanılması.

  • Malın sonrakı statusunu müəyyən edir (satışa yönləndirmə, qüsurlu, utilizasiya, təchizatçıya qaytarma).

  • Anbarda qaytarılmış malların düzgün yerləşdirilməsinə və hərəkətinə nəzarət edilməsi.

  • WMS/OMS və digər uçot sistemlərində düzgün statusların daxil edilməsi.

  • Faktiki göstəricilərin sistem məlumatlarına uyğunluğunun təmin edilməsi.

  • Uyğunsuzluqları, zədələnmələri və çatışmazlıqları aşkar edilib, rəhbərliyin məlumatlandırılması.

  • Keyfiyyət xidməti, logistika, müştəri xidməti və təchizatçılarla qarşılıqlı əlaqənin saxlanılması.

  • Qaytarılan malların uçotunun aparılması və hesabatların hazırlanması.

  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi.

  • Qaytarma prosesinin düzgünlüyünə, uçotun dəqiqliyinə, müddətlərə riayət olunmasına və məsuliyyət zonasında olan maddi-mənəvi dəyərlərin qorunmasına görə məsuliyyətin daşınması.

  • Rəhbərin verdiyi digər tapşırıqların  yerinə yetirilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili.

  • Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.

  • Qaytarma (reverse logistics) prosesləri haqqında bilik.

  • Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.

  • Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.

  • MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.

  • Analitik düşünmə və detallara diqqət.

  • Problem həll etmə bacarığı.

  • Azərbaycan dili – sərbəst.

  • Məsuliyyətlilik və operativlik.

  • Komandada işləmək bacarığı.

  • Stressə davamlılıq.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10208

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

İnventarlaşdırma üzrə mütəxəssis

Tam Ştat

Problemlı sifarişlərin faylının işlənməsi (statusları yekun olmayan sifarişlər). Sifarişlərin faktiki yerləşməsi barədə məlumatın müvafiq şöbələrdən alınması. Problemlı sifarişlər və onların statusları, o cümlədən maliyyə məlumatları üzrə hesabatların hazırlanması. Şöbələrdən alınan cavablar əsasında statusların düzəldilməsi. Problemlı sifarişin tarixi üzrə araşdırma aparılması və faktiki məlumatın müəyyən edilməsi. Problemlı sifarişlər üzrə müvafiq şöbələrdən cavabların alınması, ötürülməsi və izlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası. Şöbələr tərəfindən təqdim olunan əlavə fayllar və sifarişlərin yerində araşdırılması (lazım gəldikdə). Görülən işlərin gedişi barədə faktiki məlumat təqdim etmək üçün rəhbərliklə keçirilən görüşlərdə iştirak. Faktiki problemlı halların (keislərin) sayına dair məlumatın təqdim edilməsi. Zərurət yarandıqda sifarişlərin müştəriyə çatdırılması faktının dəqiqləşdirilməsi. Anbar inventarizasiyası zamanı aşkar edilən sifarişlər və uyğunsuzluqların araşdırılmasına yardım. Sifarişlərin araşdırılması zamanı texniki problemlərin müəyyən edilməsi və onların IT şöbəsinə ötürülməsi. Anbarın inventarizasiyası, problemlı sifarişlərin sayının hesablanması və onların kateqoriyalara bölünməsi (utilizasiya, outlet).