Qaytarılma üzrə Qrup Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 1 aprel 2026
Təsvir
Qaytarılan statuslu məhsulların qəbulu, yoxlanılması və operativ çeşidlənməsinin təşkil edilməsi.
Məhsulların kateqoriyalar üzrə düzgün bölünməsi: utilizasiya, partnyora geri qaytarılma.
Məhsulların sistem üzrə düzgün hərəkətinə və faktiki yerləşdirilməsinə nəzarət edilməsi.
Anbar daxilində yoxlanışların aparılması və aşkar edilən uyğunsuzluqların aradan qaldırılması.
Asılı qalmış və ya uzun müddət sahədə qalan malların səbəblərinin araşdırılması;
Zərurət olduqda uzun müddət anbarda qalmış mallar üzrə sistemdə müstəqil şəkildə qaytarma sifarişinin yaradılması.
Reyslərin düzgün yığılmasına və vaxtında boşaldılmasına nəzarətin edilməsi;
Növbə əməkdaşları arasında iş bölgüsünün düzgün təşkil edilib, prosesə nəzarət edilməsi.
Zona daxilində intizamın, səliqə və təhlükəsizlik qaydalarının təmin edilməsi.
Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icrası.
İş günləri və saatları: 2 gün iş / 2 gün ev, 09:00 - 21:00, 21:00-09:00.
Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).
Tələblər
Ali və ya orta ixtisas təhsili.
Logistika və ya anbar sahəsində minimum 3 il, qaytarma proseslərinin idarə olunması üzrə ən azı 1 il rəhbərlik təcrübəsi.
WMS sistemində işləmə bacarığı üstünlükdür.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
Rus dili arzuolunandır.
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə bacarığı.
MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
Problem həll etmə bacarığı.
Azərbaycan dili – sərbəst.
Məsuliyyətlilik və operativlik.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq.
Necə Müraciət Etmək Olar
Birmarket.az
Retail
Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10207
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+