Xadimə - Gəncə

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 4 fevral 2026

Son Tarix: 15 mart 2026

Təsvir

  • Anbarın daxili sahələrinin (döşəmələr, keçidlər və s.) gündəlik təmizlənməsi;

  • Döşəmə yuyan-silən maşınlarından istifadə etməklə süpürmə, silmə və yuma işlərinin aparılması;

  • Rəflərin alt hissələrinin, keçid yollarının və ümumi istifadə sahələrinin təmiz saxlanılması;

  • Tullantıların toplanması və müəyyən edilmiş yerlərə daşınması;

  • Tualet, sanitar qovşaqlar və məişət otaqlarının təmizlənməsi və dezinfeksiyası;

  • Təmizlik zamanı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi;

  • Təmizlik ləvazimatlarının və inventarının düzgün istifadəsi və qorunması;

  • İş zamanı anbar avadanlıqlarına və mallara zərər vurulmamasının təmin edilməsi;

  • Rəhbərlik tərəfindən verilən digər təmizliklə bağlı tapşırıqların yerinə yetirilməsi;

  • İş günləri və saatları: həftə içi 5 gün, 09:00 - 18:00;

  • Əməkhaqqı: 500 AZN.

Tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;

  • Təmizlik arabaları və təmizlik inventarı ilə işləmək bacarığı (öyrədilə bilər);

  • Fiziki cəhətdən işləmək qabiliyyəti;

  • Təmizlik və gigiyenaya diqqət;

  • Məsuliyyətlilik, səliqəlilik və intizamlılıq;

  • Komandada işləmək bacarığı;

  • Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür).

Necə Müraciət Etmək Olar

Birmarket.az

Birmarket.az

Retail

Birmarket — Azərbaycanın ən böyük elektron ticarət platformalarından biridir və əvvəlcə Umico adı ilə tanınsa da 2025-ci ilin iyulundan etibarən Bir rəqəmsal ekosisteminin tərkib hissəsi olaraq Birmarket brendi altında fəaliyyət göstərir. Platforma on minlərlə məhsulu — elektronika, məişət texnikası, moda, ev əşyaları və daha çox kateqoriyanı — sərfəli qiymətlərlə təqdim edir və 2 milyon-dan çox istifadəçiyə unikal onlayn alış-veriş təcrübəsi yaradır. Birmarket müştərilərə ölkə üzrə 850-dən çox “Gəl-al” təhvil məntəqəsinə kuryer çatdırılması və 24 aya qədər hissə-hissə ödəmə kimi çevik ödəniş imkanları təklif edir. O, Birbank, m10 və MilliÖn kimi xidmətlərlə inteqrasiya olunmuş “Bir” rəqəmsal ekosisteminə daxildir, bu da alış-veriş, ödəniş və xidmətləri vahid rəqəmsal məkanda birləşdirərək istifadəçi təcrübəsini daha da zənginləşdirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#7249

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya