Xaçmaz Filialının Mikro Kreditlər Bölməsinin Kiçik Mütəxəssisi

Xaçmaz,, Xaçmaz, rayon, filialı,

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 4 iyun 2026

Təsvir

Vakansiya haqqında

  • Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.

Tələblər

  • Ali təhsil

  • Yüksək səviyyədə Azərbaycan dili biliyi

  • Riyazi hesablama və analitik düşüncə qabiliyyəti

  • Satış bacarığı

  • Yüksək səviyyədə ünsiyyət bacarıqları

  • Məsuliyyətlilik

  • Diqqətlilik

Öhdəliklər

  • Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;

  • Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;

  • Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;

  • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;

  • Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;

  • Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;

  • İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;

  • Görülmüş işlər üzrə hesabatlar verir.

Təklif olunanlar

  • İnkişaf imkanları

  • Rəqabətli əmək haqqı və bonuslar

  • Yüksək təminatlı sığorta

  • Dəstəkləyici mühit

  • Visa Premium əmək haqqı kartı

  • Korporativ endirimlər

  • Korporativ tədbirlər

  • Əlavə məzuniyyət

  • Güzəştli təhsil və işçi kredit

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Kapital Bank

Kapital Bank

Finance

Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18019

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya