Təhlükəsizlik Departamentinin Mühafizə-rejim və Əməyin Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
Vakansiya haqqında
Buraxılış və rejim qaydalarına nəzarət edən, qonaq və əməkdaşların giriş-çıxışını idarə edən, təhlükəsizliyi təmin edən və fövqəladə hallarda operativ reaksiya verən məsuliyyətli namizəd axtarırıq.
Tələblər
Ali təhsil
Sahə üzrə ən azı 1 il iş təcrübəsi
Detallara qarşı diqqətli olmaq
Yüksək səviyyədə Azərbaycan dili və rus dili
Komandada işləmə bacarığı
Öhdəliklər
Buraxılış və rejim məsələləri üzrə qüvvədə olan bankdaxili normativ aktların tələblərinə riayət olunmasına nəzarət etmək
Qonaqların binaya daxil olmasına nəzarət etmək və yoxlanışını həyata keçirmək
VİP statuslu qonaqları müvafiq mərtəbələrdə müşayiət etmək
Əməkdaşların giriş kartlarından düzgün istifadə etməsinə nəzarət etmək
Buraxılış və rejim işinin təkmilləşdirilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək
Ofisə gətirilən və aparılan qiymətlilərə və yüklərə nəzarət etmək
Bank rəhbərliyinin və əməkdaşların təhlükəsizliyini təmin etmək
Fövqəladə hallar zamanı dərhal rəhbərliyə məlumat vermək və təxirəsalınmaz tədbirlər görmək
Məxfilik qaydalarına riayət etmək
Təklif olunanlar
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18017
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+