WMS proqram administratoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 13 mart 2026

Təsvir

  • Gündəlik WMS əməliyyatlarını (qəbul, yerləşdirmə, yükləmə, qaytarma və s.) nəzarətdə saxlamaq;

  • Sistem və fiziki qalıqlar arasında fərqləri izləmək və uyğunluğunu təmin etmək.

  • Anbardar, operator və sürücülərin fəaliyyətini əlaqələndirmək

  • Müştəri qaytarmalarının düzgün qəbul olunması və sistemə işlənməsini təmin etmək

  • Əskik, artıq və zədələnmiş mallar barədə rəhbərliyə hesabat vermək

  • Uyğunsuzluqların səbəblərini araşdırmaq və aradan qaldırmaq üçün tədbirlər görmək

  • Fiziki və sistem qalıqları arasında uyğunluğu təmin etmək

  • Gündəlik, həftəlik və aylıq əməliyyat hesabatlarını hazırlamaq

  • Yükləmə, stok, itki və qaytarma göstəricilərini analiz etmək

  • KPI (dəqiqlik, vaxtında yükləmə, itki faizi və s.) üzrə məlumatları rəhbərliyə təqdim etmək

  • Logistika, satış və mühasibatlıq şöbələri ilə məlumat mübadiləsini təmin etmək

  • Anbar rəhbərinə gündəlik hesabatlar təqdim etmək

Tələblər

  • Təhsil: Ali

  • Təcrübə : Müvafiq sahə üzrə minimum 2-3 il rəsmi əmək təcrübəsi

  • Fikrini izah etmək qabiliyyəti

  • İşə planlı yanaşması

  • Ünsiyyət yaratmaq bacarığı

  • İş qrafiki

  • 6 günlük qrafik (şənbə günü yarım iş günü)

  • Biz nə təklif edirik

  • Qidalanma şirkət tərəfindən təmin edilir

  • Nəqliyyat şirkət tərəfin təmin edilir

  • Karyera yüksəlişi

  • Rəqabətli əmək haqqı

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8703

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya