Vizual Merçendayzinq Bölməsinin Rəhbəri (Head of Visual Merchandising)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
İş Yeri: Sinteks Şirkətlər Qrupu
İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00
Vəzifənin təsviri:
Bütün ölkələr üzrə Vizual Merchandising (VM) fəaliyyətini koordinasiya və nəzarətdə saxlamaq, bütün mağazaların brend standartlarına uyğun işləməsini təmin etmək. VM təlimatlarını aydın və praktik göstərişlərə çevirmək, vaxtında icranı təmin etmək və foto-təsdiqlər və auditlər vasitəsilə uyğunluğu yoxlamaq.
Vəzifə öhdəlikləri:
Standartlar, İdarəetmə və Nəzarət
Təlimatlar əsasında regional VM briflərini hazırlamaq; qeyri-müəyyənliyi aradan qaldırmaq və yerli mağaza formatlarına uyğunlaşdırmaq.
Vahid VM Standartları Manualını idarə etmək (vitrinlər, floorsetlər, stil qaydaları, lövhə və POS qaydaları, qiymət kommunikasiyası).
VM uyğunluq proqramını həyata keçirmək: foto təsdiqlər, yoxlama siyahıları, aylıq auditlər və korrektiv fəaliyyət planları.
Aktivasiya Təqvimi və İcra
Regional VM təqviminə sahiblik etmək (qlobal aktivasiya kampaniyaları, mövsümi floorsetlər, endirimlər, qiymət kommunikasiyası) və Satış, Marketinq, Allocation və Logistika ilə uyğunlaşdırmaq.
Vitrinlərin, floorsetlərin və qiymət/POS materiallarının vaxtında və tam icrasını təmin etmək; material, stok və ya avadanlıqla bağlı maneələri operativ həll etmək.
Ölkə və Mağaza üzrə Kouçinq
Ölkə üzrə VM Menecerlərinə rəhbərlik etmək; mağaza VM komandalarına aydın tapşırıqlar, planogramlar və stil nümunələri təqdim etmək (lookbooklar, foto bələdçilər).
Qısa “how-to” təlimləri keçirmək (vitrinlər, denim divarları, maneken stili, qiymət lövhələri, zonalama, müştəri axını).
Bacarıqların inkişafı: VM bacarıqlarını rüblük qiymətləndirmək, inkişaf planları hazırlamaq və yeni mağaza açılışları üçün ehtiyat kadr bazası formalaşdırmaq.
Mağaza Açılışları, Yenidənqurma və İnkişaf Planlarının Dəstəyi
Yeni mağazalar və yenidənqurma layihələri üçün VM zonalama, avadanlıq siyahısı, vitrin spesifikasiyaları, açılışöncəsi yoxlama siyahısı və 1-ci gün floorset planını təqdim etmək.
Açılışa tam hazır vəziyyəti təmin etmək (materiallar, manekenlər, işıqlandırma, formalar, POS) və mağaza təqdimatını təhvil öncəsi təsdiqləmək.
Çarpaz Funksional Əməkdaşlıq
Merchandising və Allocation komandaları ilə hekayələri dəstəkləyən məhsul dərinliyi üzrə, Marketinqlə kampaniya materialları və hüquqi qiymət mətnləri üzrə, Construction/Facilities ilə avadanlıq və işıqlandırma üzrə, Loss Prevention ilə VM otaqlarının təhlükəsizliyi və səliqəsi üzrə əməkdaşlıq etmək.
Kommunikasiyanı sadə saxlamaq: bir səhifəlik briflər, vizual nümunələr və dəqiq icra tarixləri.
Hesabatlılıq və Davamlı İnkişaf
Həftəlik: vitrin və floorsetlər üzrə foto dashboardlar; uyğunsuzluqlar və görüləcək tədbirlərin vurğulanması.
Aylıq: ölkə və mağaza üzrə VM scorecardları; satış göstəriciləri ilə əlaqələndirmə (əsas hekayələrin sell-through-u, UPT/ATV təsiri).
Hər aktivasiyadan sonra: qısa analiz – nələr uğurlu oldu, növbəti dəfə nəyi dəyişmək lazımdır.
Əsas Performans Göstəriciləri (KPI-lar)
Uyğunluq göstəricisi (audit və foto təsdiq faizi).
Aktivasiya OTIF % (vitrin və floorsetlərin son tarixədək istifadəyə verilməsi, materialların mövcudluğu).
Lövhə və qiymət dəqiqliyi % (qiymət/POS qaydalarına uyğunluq).
Mağaza açılışına hazırlıq % (VM elementlərinin tamlığı, 1-ci gün təsdiqi).
VM-in satışa təsiri (ilk 2 həftədə əsas hekayələrin sell-through-u; UPT/ATV-nin baza göstəricisi ilə müqayisəsi).
Təlim əhatəliliyi (plan üzrə təlim keçmiş VM komandası; bacarıq artımı).
İş təcrübəsi
Moda pərakəndəsində 5+ il vizual merçendayzinq (VM) təcrübəsi; bir neçə mağazaya paralel nəzarət. Regional və ya bir neçə ölkə üzrə koordinasiya təcrübəsi üstünlükdür.
Komanda idarəçiliyi: Ölkə/ərazi VM-lərinin rəhbərliyi, mağaza VM-lərinin öyrədilməsi və inkişafı.
Mövsümi kampaniyalar, endirim dövrləri və yeni mağaza açılışlarının planlanması və icrasında güclü nəticələr.
Peşəkar bacarıqlar və səriştələr
Stil quruluşu, zonalama, müştəri axınının düzgün yönləndirilməsi (traffic flow), stend/avadanlıq planlaması, qiymətlərin düzgün və aydın təqdimatı.
Güclü planlama və nəzarət: çek-listlərlə işləmək, foto-hesabat və təsdiq (photo sign-off), sadə izləmə cədvəlləri/dashbordlar.
Aydın yazılı və vizual ünsiyyət: brend qaydalarını sadə və icra edilə bilən briflərə çevirmək.
Merçendayzinq və məhsul paylanması (allocation) ilə mağaza əməliyyatları arasındakı asılılıqları praktik səviyyədə anlamaq.
MS Office (xüsusən PowerPoint/Slides) üzrə yüksək səviyyə; əsas BI və foto-dashbordlarla işləmək bacarığı.
Məsuliyyət Sahələri
Standartlar, İdarəetmə və Nəzarət
Aktivasiya Təqvimi və İcra
Ölkə və Mağaza üzrə Kouçinq
Mağaza Açılışları, Yenidənqurma və İnkişaf Planlarının Dəstəyi
Çarpaz Funksional Əməkdaşlıq
Hesabatlılıq və Davamlı İnkişaf
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi göstərilən elektron poçt ünvanına göndərin.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7801
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+