İT üzrə Texnik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 3 mart 2026
Son Tarix: 2 aprel 2026
Təsvir
Sinteks Şirkətlər Qrupu “İT üzrə Texnik” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Texniki dəstək və preventiv xidmət
Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.
Kabel və infrastruktur işləri
Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
Layihələndirmə və keyfiyyətə nəzarət
Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
İcra, qeydiyyat və hesabatlıq
Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək.
Məsuliyyətində olan bölmələr:
Video-audio avadanlıqları
Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)
Professional biliklər:
İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
Hikvision, Dahua , Vivotek və s. İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
Audio avadanlıqların quraşdırılması və sazlanması
Patch Panel və Rack sistemlərinin yığılması
VAST Software haqqında baza biliklər
Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi
CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır
Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır
Təhsil:
IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır
İş təcrübəsi:
Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
Problem həlletmə
Zamanın idarəolunması
Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə Texnik” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10359
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+