Vizual kontent üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 yanvar 2026
Son Tarix: 7 mart 2026
Təsvir
Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq bacarığı, ingilis dili biliyi üstünlükdür;
Onlayn-mağaza kontentinin idarə edilməsi: aksiya səhifələrinin yaradılması, bannerlərin əlavə olunması, redaktəsi və silinməsi;
Məhsullara rəng seçiminin, leybellərın əlavə olunması;
Saytın kateqoriyaları üçün vidgetlərin əlavə edilməsi, əsas menyunun redaktə edilməsi;
Media kontenti ilə işləmə: şəkillərin, videoların və infoqrafikaların redaktəsi və yüklənməsi;
SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləməsi.
Tələblər
Proqramlar və alətlər üzrə bacarıqlar:
CMS (Məzmun İdarəetmə Sistemləri):
Shopify, Magento, WooCommerce, OpenCart və ya digər platformalarla işləmə təcrübəsi;
Qrafik redaktorlar:
Adobe Photoshop, Adobe Illustrator, Canva baza biliklər (şəkillərin redaktəsi);
Cədvəllər və məlumatlarla işləmə alətləri:
Microsoft Excel və ya Google Sheets (böyük həcmli məlumatlarla, məsələn, qiymət siyahıları ilə işləmə);
Şəxsi keyfiyyətlər:
Özünüidarə,çoxşahəli işlərdə işləmə və son tarixlərə riayət etmə bacarığı;
Diqqətlilik və məsuliyyət;
Komanda ilə işləmə bacarığı və ünsiyyətcillik;
Yeni alət və texnologiyaları öyrənməyə hazır olmaq.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6484
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+