Videoqraf
Bakı
Tam Ştat
Orta Səviyyə
700 - 900 AZN
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 18 may 2026
Təsvir
Videoqraf
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.
Orzax şirkəti üçün kreativ və məsuliyyətli Videoqraf axtarırıq.
Üstünlüklər:
Qida əlavələri və ya tibbi sahədə təcrübə
Sosial media trendlərini izləmək və tətbiq etmək bacarığı
Motion design və ya basic animasiya bilikləri
Təklif edirik:
Əmək haqqı 700-900 AZN
Kreativ və dinamik iş mühiti
Peşəkar inkişaf imkanları
Müasir avadanlıqlarla işləmək imkanı
İş günləri I-V, 09.00 dan-18.00 dək
Müraciət:
CV və portfolionuzu (video işləriniz) aşağıdakı ünvana göndərə bilərsiniz:
hr@orzax.az
İş haqqında
Video çəkilişi və montaj sahəsində minimum 1-2 il təcrübə
Kamera, işıq və səs avadanlıqları ilə işləmə bacarığı
Adobe Premiere Pro, After Effects və ya digər montaj proqramlarında işləmək bacarığı
Kreativ düşüncə və vizual zövq
Komanda ilə işləmə və vaxtın düzgün idarə olunması bacarığı
Səyyar çəkilişlər üçün hazır olmaq.
Tələblər
Apteklərdə və satış nöqtələrində video çəkilişlərin həyata keçirilməsi
Çöl (outdoor) çəkilişlərinin planlanması və icrası
Ofis daxilində podkast çəkilişlərinin təşkili və çəkilişi
Məhsul (product) videolarının hazırlanması (promo, reklam, sosial media üçün)
Çəkilmiş materialların montajı və post-produksiya işləri
Video kontentlərin brend strategiyasına uyğun hazırlanması
Sosial media üçün qısa formatlı (Reels, TikTok və s.) videoların hazırlanması.
Necə Müraciət Etmək Olar
Orzax
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13365
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə