Trade marketing manager

Bakı

Tam Ştat

Direktor

800 - 1.200 AZN

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

Vakansiya: Trade Marketinq Meneceri

2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir.

Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir.

Vəzifənin məqsədi

Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək.

Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır.

Üstünlük hesab ediləcək:

Aptek və ya pharma sektorunda iş təcrübəsi

OTC satış sistemi haqqında bilik

POS materialları və kampaniya idarəetməsi təcrübəsi

Satış komandası ilə əməkdaşlıq təcrübəsi

Vəzifənin strukturda yeri:

Trade Marketinq Meneceri Marketinq Direktoruna tabedir və aşağıdakı komandalar ilə sıx işləyir:

Field Force Manager

OTC satış komandası

Product Manager

Dizayn komandası

Rəqəmsal marketinq komandası

KPI göstəriciləri:

Aptek satış artımı

Aptek görünürlük səviyyəsi

Kampaniyaların satış nəticələrinə təsiri

POS materialların tətbiq səviyyəsi

Aptek kateqoriyası üzrə satış inkişafı

Bu vəzifənin əsas rolu:

Trade Marketinq Meneceri satış etmir.

Bu vəzifənin əsas məqsədi:

Marketinq strategiyasını

Aptek satış mexanizminə çevirmək

Satış komandası həmin sistemi icra edir.

Əmək haqqı- 800-1200 AZN ( təcrübəyə əsasən)

İş vaxtı I-V günlər, 09.00 dan-18.00 dək

CV -nizi qeyd olunan ünvana göndərə bilərsiniz: hr@orzax.az

İş haqqında

Təhsil: Tibb təhsili əsas olaraq əçzaçılıq

İş təcrübəsi: FMCG, pharma və ya qida əlavələri sektorunda minimum 2–4 il iş təcrübəsi

Trade marketinq, satış və ya marketinq sahəsində iş təcrübəsi

Yaş: 25-35

Bacarıqlar:

Analitik düşünmə və strateji planlama

Layihə idarəetmə bacarığı

Komanda ilə effektiv kommunikasiya

Satış kanallarını və bazar dinamikasını anlama

Excel və analitik alətlərlə işləmə bacarığı.

Tələblər

Aptek kanalı strategiyasının hazırlanması:

Aptek kanalı üçün ticarət marketinq strategiyasının hazırlanması

Aptek satış mexanizmlərinin qurulmasında iştirak

OTC komandasına satışa yönəlik medikal təlimlərin keçirilməsi

Aptek daxilində əczaçı təlimləri

Kateqoriya inkişafı və satış artımı üçün planların hazırlanması

Mövsümi satış kampaniyalarının planlanması

Aptek görünürlük strategiyası:

Aptek daxilində brend görünürlüğünü artıran POS materialların hazırlanması və planlanması

Rəf yerləşmə strategiyasının hazırlanması

Aptek display və stend layihələrinin hazırlanması

Aptek daxilində brend kommunikasiya alətlərinin hazırlanması

Aptek kampaniyalarının hazırlanması:

Aptek satışını stimullaşdıran kampaniyaların hazırlanması

Əczaçı yönümlü motivasiya proqramlarının hazırlanması

Mövsümi promo və satış aksiyalarının hazırlanması

Kampaniyaların satış nəticələrinin analiz edilməsi

Satış komandası ilə koordinasiya:

Field Force Manager və OTC satış komandası ilə sıx əməkdaşlıq

Satış komandası üçün satış alətlərinin hazırlanması

Sahədən gələn məlumatların analiz edilməsi

Aptek satışlarını artıran yeni satış mexanizmlərinin hazırlanması

Bazar və rəqib analizi:

Aptek bazarının və kateqoriya inkişafının analizi

Rəqib brendlərin aptek fəaliyyətlərinin izlənməsi

Aptek satış məlumatlarının analizi

Bazar imkanlarının müəyyən olunması.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12979

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Bu Şirkətdən Daha Çox Vakansiya

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Tam Ştat

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax  BioHerbalBaku İş yeri: Bakı İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. Təklif etdiklərimiz: 1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Müraciət: İş haqqında Minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə Yaş aralığı: 25 – 40 Universitetlərin əczaçılıq, biologiya, kimya, qidalanma və dietologiya və ya digər uyğun səhiyyə ixtisasları üzrə məzun olmaq, Üstünlük olaraq dermokosmetik və ya dərman sektorunda medikal tanıtım sahəsində təcrübəyə malik olmaq, Dermatoloq həkimlər və aptek kanalı ilə işləməyə maraqlı olmaq, Elmi izah, təqdimat və inandırma bacarığı yüksək olmaq, Sahə işinin təşkilinə və planlı işləmə prinsiplərinə uyğun olmaq, MS Office və CRM sistemlərindən effektiv istifadə edə bilmək.

Bakı