Ana Səhifə
Vakansiyalar

Medikal Tanıtım Nümayəndəsi

Medikal Tanıtım Nümayəndəsi

Bakı

Tam Ştat

Orta Səviyyə

800 - 1.500 AZN

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

Komandamıza Medikal Tanıtım Nümayəndəsi axtarırıq.

İş şəraiti

  • Şirkət: Orzax / BioHerbalBaku

  • İş yeri: Bakı

  • İş rejimi: Tam ştat (sahə işi)

Vəzifənin məqsədi

  • Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.  Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.

İş öhdəlikləri

  • Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) Orzax məhsullarının elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək

  • Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması

  • Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması

  • Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası

  • Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi

  • Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək

  • Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək

Tələblər

  • Yaş aralığı: 25 – 40

  • **Təhsil (aidiyyatlı ixtisaslar):**Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər səhiyyə/bioloji elmlər üzrə ali təhsil.

Təcrübə:

  • Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və həkimlərlə işləməyə psixoloji cəhətdən hazır

  • Təcrübəli namizədlər: minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə

Digər tələblər:

  • Həkimlərlə peşəkar kommunikasiya bacarığı

  • Elmi mətnləri anlama və izah etmə qabiliyyəti

  • Səyyar iş rejiminə uyğunluq

  • MS Office bilikləri

  • Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür

Təklif etdiklərimiz

  • 800 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)

  • Premya sistemi

  • Yemək kartı

  • Benzin kartı

  • Geyim dəstəyi

  • Davamlı təlim və inkişaf imkanları

  • Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Bu vakansiya kimlər üçün Deyil

  • “Sadəcə satış etmək istəyirəm” deyənlər

  • Elmi mövzulara maraqsız olanlar

  • Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər

Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir.

Mövzü hissəsində vakansiya adını qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12978

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Trade marketing manager

Tam Ştat

Vakansiya: Trade Marketinq Meneceri 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq bazarda güclü mövqeyə sahibdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların aptek kanalında düzgün mövqeləndirilməsini və stabil satışını təmin edən strukturlaşmış satış strategiyası ilə fəaliyyət göstərir. Vəzifənin məqsədi Aptek kanalında brendin görünürlüğünü, satış sürətini və kateqoriya inkişafını artırmaq üçün ticarət marketinq strategiyalarının hazırlanması və icrasını idarə etmək. Trade Marketinq Meneceri məhsul strategiyasını aptek satış sisteminə çevirərək satış komandası üçün effektiv satış alətləri və aptek proqramları yaradır. Üstünlük hesab ediləcək: Aptek və ya pharma sektorunda iş təcrübəsi OTC satış sistemi haqqında bilik POS materialları və kampaniya idarəetməsi təcrübəsi Satış komandası ilə əməkdaşlıq təcrübəsi Vəzifənin strukturda yeri: Trade Marketinq Meneceri Marketinq Direktoruna tabedir və aşağıdakı komandalar ilə sıx işləyir: Field Force Manager OTC satış komandası Product Manager Dizayn komandası Rəqəmsal marketinq komandası KPI göstəriciləri: Aptek satış artımı Aptek görünürlük səviyyəsi Kampaniyaların satış nəticələrinə təsiri POS materialların tətbiq səviyyəsi Aptek kateqoriyası üzrə satış inkişafı Bu vəzifənin əsas rolu: Trade Marketinq Meneceri satış etmir. Bu vəzifənin əsas məqsədi: Marketinq strategiyasını ↓ Aptek satış mexanizminə çevirmək ↓ Satış komandası həmin sistemi icra edir. Əmək haqqı- 800-1200 AZN ( təcrübəyə əsasən) İş vaxtı I-V günlər, 09.00 dan-18.00 dək CV -nizi qeyd olunan ünvana göndərə bilərsiniz: hr@orzax.az İş haqqında Təhsil: Tibb təhsili əsas olaraq əçzaçılıq İş təcrübəsi: FMCG, pharma və ya qida əlavələri sektorunda minimum 2–4 il iş təcrübəsi Trade marketinq, satış və ya marketinq sahəsində iş təcrübəsi Yaş: 25-35 Bacarıqlar: Analitik düşünmə və strateji planlama Layihə idarəetmə bacarığı Komanda ilə effektiv kommunikasiya Satış kanallarını və bazar dinamikasını anlama Excel və analitik alətlərlə işləmə bacarığı.

Bakı

Dermokosmetik medikal tanıtım nümayəndəsi

Tam Ştat

Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Şirkət: Orzax  BioHerbalBaku İş yeri: Bakı İş rejimi: Tam ştat (sahə işi) 2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır. Orzax, son 7 il ərzində Türkiyədə OTC (reseptsiz məhsullar) seqmentində lider mövqeyini qoruyaraq, həkim yönümlü və elmi əsaslı strategiyasının effektivliyini bazar nəticələri ilə sübut etmişdir. Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir. Bu çərçivədə komandamıza Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi axtarırıq. Vəzifənin məqsədi Dermokosmetik Medikal Tanıtım Nümayəndəsi Orzax məhsullarının həkimlərə (dermatoloqlara) elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil; əsas məqsəd Orzax məhsullarının həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. Təklif etdiklərimiz: 1000 – 1500 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir) Premya sistemi Yemək kartı Benzin kartı Geyim dəstəyi Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı Bu vakansiya kimlər üçün DEYİL “Sadəcə satış etmək istəyirəm” deyənlər Elmi mövzulara maraqsız olanlar Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər Bu vəzifə sahədə Orzax brendinin elmi təmsilçisidir. Müraciət: İş haqqında Minimum 2 il medikal tanıtım və ya əlaqəli sahə üzrə təcrübə Yaş aralığı: 25 – 40 Universitetlərin əczaçılıq, biologiya, kimya, qidalanma və dietologiya və ya digər uyğun səhiyyə ixtisasları üzrə məzun olmaq, Üstünlük olaraq dermokosmetik və ya dərman sektorunda medikal tanıtım sahəsində təcrübəyə malik olmaq, Dermatoloq həkimlər və aptek kanalı ilə işləməyə maraqlı olmaq, Elmi izah, təqdimat və inandırma bacarığı yüksək olmaq, Sahə işinin təşkilinə və planlı işləmə prinsiplərinə uyğun olmaq, MS Office və CRM sistemlərindən effektiv istifadə edə bilmək.

Bakı