Video Məzmun Yaradıcısı / Mobiloqraf

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

Dinamik və kreativ komandamıza vizual hekayə anlatmağı bacaran və trendləri sürətlə kontentə çevirən Video Məzmun Yaradıcısı / Mobiloqraf axtarırıq. Video Məzmun Yaradıcısı / Mobiloqraf olaraq kontentin ideyasından tutmuş yayımlanmasına qədər bütün prosesi aktiv şəkildə idarə edəcəksən.

Vəzifə öhdəlikləri:

  • Foto və video çəkilişlərini tam müstəqil şəkildə həyata keçirmək;

  • Kadr planlaması, kompozisiya, işıq qurulması və sahədə operativ çəkiliş proseslərini idarə etmək;

  • Çəkilmiş materialların mobil video montaj alətləri (CapCut və s.) vasitəsilə peşəkar şəkildə hazırlanması;

  • Reels, TikTok və YouTube Shorts formatlarına uyğun yüksək keyfiyyətli videoların hazırlanması;

  • Sosial media trendlərini davamlı olaraq izləmək və onları brend strategiyasına uyğun kontent formasında təqdim etmək;

  • Kontent ideyasnın formalaşdırılmasından onun istehsalına qədər bütün mərhələlərdə aktiv iştirak etmək;

  • Komanda ilə koordinasiyalı işləmək və brendin tonuna uyğun kontent istehsalını təmin etmək.

Tələblər

  • Müvafiq sahə üzrə təhsil;

  • Mobil telefon vasitəsilə professional foto və video çəkiliş bacarığı (kadr, bucaq, işıq quruluşu);

  • CapCut və/və ya Adobe Premiere Pro proqramlarında video montaj və əsas rəng korreksiyası bacarığı;

  • Reels / TikTok / YouTube Shorts formatları üzrə texniki tələbləri (ölçü, müddət, safe zone) bilmək;

  • Video export və platformalara uyğun formatlama bacarığı;

  • Güclü vizual estetika duyumu (rəng, ritm, kompozisiya və storytelling strukturu);

  • Kreativ düşüncə və vizual hekayə qurma bacarığı;

  • Dinamik iş mühitində operativ işləmək bacarığı;

  • Komanda üzvləri ilə açıq və effektiv ünsiyyət, əməkdaşlığa meyilli yanaşma;

  • Verilmiş tapşırıqların vaxtında və nəticəyönümlü icrası;

  • Rəy və fikirlərə açıq olmaq, dəyişikliklərə tez uyğunlaşmaq;

  • Sahə üzrə yenilikləri və trendləri mütəmadi izləmək və praktikada tətbiq etmək;

  • Komanda daxilində koordinasiyalı işləmək, zərurət yarandıqda digər komanda üzvlərinə istiqamət vermək;

  • Təcili vəziyyətlərdə operativ qərar vermək və problem həllinə fokuslanmaq.

Qeyd: Bu vəzifə tam ştat (full-time) iş rejimini nəzərdə tutur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8379

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə