Müştəri Əlaqələri üzrə mütəxəssis
Müştərilərlə Əlaqələr üzrə Mütəxəssis Code Academy-nin müştəriyönümlü fəaliyyətini dəstəkləməklə və təşkilatın təqdim etdiyi xidmətlərin keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Bu vəzifənin əsas məqsədi müştəri məmnuniyyətini artırmaq, potensial tələbələrlə səmərəli kommunikasiya qurmaq və müraciət proseslərinin dəqiq və operativ idarə olunmasını təmin etməkdir.
Bu vəzifə üzrə əsas öhdəliklər bunlardır:
Müştərilərin ehtiyaclarını başa düşmək və onların suallarını vaxtında cavablandırmaq;
Şirkətin rəsmi sosial media kanalları və veb sayt üzərindən daxil olan müraciətlərin effektiv idarə olunmasını təmin etmək;
Potensial tələbələrlə ilk təmas nöqtəsi olmaqla, onları akademiyanın təklif etdiyi proqramlarla tanış etmək və uyğun təkliflər irəli sürmək;
Müştəri müraciətlərindən əldə olunan məlumatları analiz edərək rəhbərliyə dəqiq və vaxtında hesabat təqdim etmək;
Şirkətin korporativ dəyərlərinə uyğun olaraq, hər bir müraciətə peşəkar və empatiya ilə yanaşmaq.