UX/UI Dizayner
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
BERC Venture Studio müasir texnoloji həllər yaradan, proqram təminatı və innovativ məhsullar üzərində çalışan bir komandadır. Məqsədimiz — istifadəçiyə dəyər verən, funksional və estetik baxımdan mükəmməl məhsullar yaratmaqdır. Bu yolçuluqda UX/UI Dizayner kimi sən də bizimlə ol!
İş barədə məlumat:
Web və mobil platformalar üçün istifadəçi yönümlü interfeyslərin dizaynı
İstifadəçi tədqiqatları aparmaq, istifadəçi personası və səyahət xəritələri yaratmaq
Wireframe, low/high-fidelity prototiplər və interaktiv dizaynlar hazırlamaq
İnkişaf (development) və məhsul komandası ilə sıx əməkdaşlıq etmək
İstifadəçi testlərini planlamaq, nəticələrə əsasən dizaynlarda dəyişikliklər etmək
Mövcud interfeyslərin istifadəçi təcrübəsini təhlil edib təkmilləşdirmək
Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:
Təhsil: Ali təhsil.
Təcrübə: UX/UI dizayn sahəsində minimum 2 il iş təcrübəsi
Güclü və real layihələri əhatə edən portfolio təqdim etmə
Texniki səriştələr:
Figma, Adobe XD, Sketch və s. dizayn alətləri ilə sərbəst işləmək bacarığı
Responsive dizayn prinsipləri və mobil öncelikli düşüncə tərzinə sahib olmaq
UX tədqiqat metodologiyaları, istifadəçi testləri və analitik düşüncə bacarığı
Davranış səriştələri:
Komanda ilə effektiv əməkdaşlıq bacarığı
Yaradıcı və problem-yönümlü düşüncə tərzi
Əlavə üstünlüklər:
Rəqəmsal məhsul komandasında işləmək təcrübəsi
Micro-interaction, motion design və animasiya üzrə biliklər
HTML/CSS və frontend texnologiyalarına ümumi anlayış
Agile/Scrum mühitində iş təcrübəsi
BERC şirkətlər qrupu sizə nə vəd edir?
Geniş imkanlar təqdim edən texnoloji mühit
Real məhsul və istifadəçilərlə işləmək imkanı
Naharla təminat və idman zalından (daxildə) istifadə
Gələcək karyera inkişafı və peşəkar inkişaf üçün dəstək
Yaradıcılığa və təşəbbüslərə açıq komanda
Rəqabətqabiliyyətli əmək haqqı.
Uyğun namizədlər göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, portfoliosunun linki CV-lərdə var və əlçatandır. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Necə Müraciət Etmək Olar
BERC Group
Consulting
BERC Group (berc.az / BERC&Partners) bizneslər üçün kompleks xidmətlər ekosistemi kimi fəaliyyət göstərən çoxşaxəli konsaltinq şirkətidir. Şirkət maliyyə və mühasibat uçotu, vergi konsaltinqi, audit, insan resursları və kadr uçotu, hüquqi xidmətlər, rəqəmsal marketinq, eləcə də İT və biznes proqram təminatı həlləri təqdim edir. BERC Group rəsmi mənbələrdə 2016-cı ildə təsis edildiyi qeyd olunur və əsas məqsədi sahibkarlara və şirkətlərə idarəetmədə effektivlik yaratmaq, biznesin inkişafını sürətləndirmək və daha doğru qərarvermə prosesinə dəstək olmaqdır. Şüarı isə “Your business is our business!” yanaşması ilə müştəriyönümlü xidmət fəlsəfəsini əks etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7488
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200