Resepşn
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 5 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Ofisə daxil olan qonaqların nəzakətlə qarşılanması, məqsədinin dəqiqləşdirilməsi və müvafiq şöbə və ya məsul şəxsə yönləndirilməsi
Daxil olan telefon zənglərinin cavablandırılması, zənglərin aidiyyəti üzrə ötürülməsi və zəruri hallarda qeydlərin aparılması
Elektron poçt vasitəsilə daxil olan sorğuların qəbul edilməsi, ilkin cavablandırılması və aidiyyəti struktur bölmələrinə yönləndirilməsi
Müəssisəyə daxil olan və müəssisədən göndərilən sənədlərin qeydiyyat jurnalında və ya elektron sistemdə düzgün şəkildə qeydiyyata alınması
Sənədlərin təsnifləşdirilməsi, arxivləşdirilməsi və məxfilik qaydalarına uyğun saxlanılmasına nəzarət
Gündəlik kargüzarlıq işlərinin icrası, daxili yazışmaların hazırlanması və sənəd dövriyyəsinin düzgün təşkilinə dəstək
Görüş və iclasların tarix və vaxtının razılaşdırılması, görüş otaqlarının hazırlanması və iştirakçıların məlumatlandırılması
Rəhbərlik və əməkdaşlar üçün inzibati xarakterli tapşırıqların operativ şəkildə icrası
Ofis ləvazimatlarının (kağız, dəftərxana malları və s.) mövcudluğuna nəzarət və ehtiyac yarandıqda sifarişlərin bildirilməsi
Ofis texnikasından (printer, skaner, kopyalama aparatları və s.) düzgün istifadə və yaranan texniki problemlər barədə məsul şəxslərə məlumat verilməsi
Ofisdə nizam-intizamın və işgüzar mühitin qorunmasına dəstək
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətli icrası
Vəzifəyə dair bilik, bacarıqlar və tələblər:
Təcrübə: Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi
Dil bilikləri:
Azərbaycan dilində səlis və aydın danışıq;
Rus dili biliyi mütləqdir;
İngilis dili biliyi üstünlükdür.
Texniki səriştələr:
MS Office (Word, Excel) proqramlarında orta səviyyədə işləmək
İşgüzar telefon və e-mail ünsiyyəti qaydalarını bilmək
Sənədlərlə işləmək üzrə baza biliklər
Operativlik və tapşırıqları vaxtında icra etmək bacarığı
Ofis texnikasından (printer, skaner və s.) istifadə bacarığı
Davranış səriştələri:
İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət
Ünsiyyətcil, diqqətli və nəzakətli davranış
Məsuliyyətli və öyrənməyə açıq yanaşma
Stressli vəziyyətlərdə sakit və peşəkar qalmaq bacarığı
Dəqiqlik, intizam və nizamlı iş tərzi
Əmək haqqı: 500-600 manat.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
Rəqabət qabiliyyətli əmək haqqı
Korporativ nömrə və danışıq paketi
Təlim və kurslardan endirimli yararlanmaq imkanı
Cəmiyyətin ofisindəki fitnes mərkəzdən ödənişsiz istifadə imkanı;
Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
Uyğun namizədlər göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Necə Müraciət Etmək Olar
BERC Group
Consulting
BERC Group (berc.az / BERC&Partners) bizneslər üçün kompleks xidmətlər ekosistemi kimi fəaliyyət göstərən çoxşaxəli konsaltinq şirkətidir. Şirkət maliyyə və mühasibat uçotu, vergi konsaltinqi, audit, insan resursları və kadr uçotu, hüquqi xidmətlər, rəqəmsal marketinq, eləcə də İT və biznes proqram təminatı həlləri təqdim edir. BERC Group rəsmi mənbələrdə 2016-cı ildə təsis edildiyi qeyd olunur və əsas məqsədi sahibkarlara və şirkətlərə idarəetmədə effektivlik yaratmaq, biznesin inkişafını sürətləndirmək və daha doğru qərarvermə prosesinə dəstək olmaqdır. Şüarı isə “Your business is our business!” yanaşması ilə müştəriyönümlü xidmət fəlsəfəsini əks etdirir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7487
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200