İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsulların yaradılması və inkişafı;
Maraqlı tərəflərin (Stakeholder) təkliflərini təhlil etmək, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;
İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə və fokus qrupları ilə toplayaraq, məhsulun inkişafını istiqamətləndirmək və yeni imkanları müəyyən etmək;
İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;
İnformasiya arxitekturalarını hazırlamaq;
İstifadəçi təcrübəsini daim analiz edib, onu yaxşılaşdırmaq üçün addımlar atmaq;
Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;
Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;
Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;
Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.