Usta (Kiçik məişət məhsulları)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 7 mart 2026
Təsvir
Məişət və digər texnikaların diaqnostika və təmirinin həyata keçirilməsi;
Aidiyyatı məhsullarla bağlı təmir tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi;
Təmir işləri ilə bağlı şirkətdaxili qaydalara, təlimat ve prosedurlara riayət edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
İş şəraiti:
İş qrafiki: Həftə içi 09:00-17:00 / 10:00-18:00; Şənbə günü: 09:00-16:00.
Tələblər
Məişət (və digər) texnikaların diaqnostika və təmiri üzrə min 1 il iş təcrübəsi (servisdə iş təcrübəsi arzu olunandır);
Elektronik plata və sistemdən anlayışı olmalır;
Ölçü alətləri və test cihazlarını professional səviyyədə istifadə etmək bacarığı olmalıdır;
Müştərilərlə ünsiyyət zamanı nizam-intizam qaydalarına ciddi əməl edilməsi;
İşində məsuliyyətli, punktual, dəqiq olmalıdır;
Müştərilərlə ünsiyyət qurma bacarığı.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8141
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+